Bizim cəmiyyətimizdə Avropa Birliyi ilə bağlı məlumat çatışmazlığı var – Gülgün Məmmədxanova (VİDEO)
Gürcüstanda “GİP” tərəfindən, Avropa Birliyinin maddi dəstəyi ilə “Erasmus” + Jan Monenin “Avropa üçün həvəsləndir və hərəkətə keç” layihəsi çərçivəsində etnik azərbaycanlı və erməni icması tərəfindən video süjetlər hazırlanıb.

Layihənin iştirakçılarından Gülgün Məmmədxanova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, layihənin iştirakçılarından biri olub. Onun sözlərinə görə, mart ayında “Gürcüstan Siyasət İnstitutu”-nun etnik azlıqlar üçün təşkil etdiyi layihəyə qoşulub. Layihə çərçivəsində iştirakçılardan “Etnik azlıqların Avropa Birliyinə inteqrasiyası” mövzusunda video hazırlamaqları tələb olunub.

Məmmədxanovanın sözlərinə görə, etnik azlıqların Avropa Birliyinə inteqrasiyası ilə bağlı müxtəlif dezinformasiyalar yayılmaqdadır.

“Bizim cəmiyyətimizdə Avropa Birliyi ilə bağlı məlumat çatışmazlığı var. Dezinformasiyalar, Rusiya propaqandası var. Əsasən bunun haqqında, bu mövzu ətrafında mən video hazırladım və fəal gənclər, Aydan Yusif, Zaur Xəlilov, Temo Suğaşvili videomda yer aldılar. Eyni zamanda Marneulidə də kiçik araşdırma apardım. Layihədə mövzu olaraq insanlar arasında yayılan dezinformasiyalar, Avropa Birliyinə inteqrasiya ilə bağlı olan düşüncələri bir araya gətirərək video hazırlamağımız tələb olunur.”

Məmmədxanovanın hazırladığı video müxtəlif platformalarda paylaşılıb.


"Marneuli" Radiosu
Print