GAK-ın sədri Hüseyn Yusubov bu gün, 24 iyun tarixində Marneulidə
yerləşən “Geo Hospitals” klinikasında koronavirusa qarşı vaksinin
ikinci dozasını vurdurub.
Yusubov bu barədə öz “Facebook” səhifəsində paylaşım edib. O, “Geo
Hospitals” klinikasının həkimlərindən göstərdikləri xidmətə görə
razı qaldığını yazıb.
O, həmçinin peyvənd olunduqdan sonra səhəttində hər hansı bir
problemin yaranmadığını və özünü yaxşı hiss etdiyini qeyd edib.
Xatırladaq ki, Hüseyn Yusubov peyvəndin ilk dozasını 3 iyun
tarixində vurdurmuşdu. O, həmin vaxt qanında şəkərin yüksək
olmasına, təzyiqinin olmasına və ürəyində 4 stend olmasına
baxmayaraq peyvənddən sonra hər hansı bir problemlə
qarşılaşmadığını yazaraq, hər kəsin peyvənd olunmasının vacibliyini
vurğulamışdı.
Marneuli bələdiyyəsində peyvənd prosesi 17 mart tarixində
başlayıb.