“Gürcü Arzusu” Marneuli meri vəzifəsinə namizəd olaraq Kənan Ömərovu təqdim edib

“Gürcü Arzusu” Marneuli meri vəzifəsinə namizəd olaraq Kənan Ömərovu təqdim edib.

Parlamentin Marneuli və Qardabani seçki dairəsindən majoritar deputatı Zaur Darğallı “Gürcü Arzusu”-nun Marneuli rayon təşkilatının qarşısında çəkilmiş fotonu paylaşıb və yazıb ki, Kənan Ömərov mer vəzifəsinə namizəddir.


Ömərov Marneuli merinin müavinidir. O, müavinliyə qədər Marneuli Təhsil Resurs Mərkəzinə rəhbərlik edirdi.

Qeyd edək ki, Marneuli meri vəzifəsi ötən ilin oktyabr ayından boş qalıb. Belə ki, sabiq mer Z.Darğallı parlament seçkilərində deputat mandatı əldə edib. Hazırda mer vəzifəsinin səlahiyyətlərini I müavin Zaur Tabatadze yerinə yetirir.

 

Print Email
FaceBook Twitter Google