Rəfi Orucov və Ayaz Məmmədov "Vahid Milli Hərəkat" partiyasının sıralarına qoşulublar
13:22 / 30.07.2021
Qardabani bələdiyyəsinin keçmiş sədr müavini Rəfi Orucov və
Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət
nazirinin Kvemo Kartli bölgəsi üzrə keçmiş müşaviri Ayaz Məmmədov
"Vahid Milli Hərəkat" partiyasının sıralarına qoşulublar.
Bu gün, 30 iyul tarixində “Vahid Milli Hərəkat”-ın üzvü Davit
Kirkitadze partiyanın yeni üzvlərini təqdim edib.
Rəfi Orucov və Ayaz Məmmədov “Gürcü Arzusu”-ndan “Vahid Milli
Hərəkat”-a keçiblər.
“Dövlət xidmətlərində də, “Gürcü Arzusu”-nda çox maneələri aşmış
adamlar üzərə çıxdı. Son hadisələr bu adamlara tutduqları kifayət
qədər yüksək dövlət vəzifələrini tərk etmək qərarını verdirdi.
Onlar Milli Hərəkata qoşuldular”, – Davit Kirkitadze bildirdi.
Rəfi Orucov 15 iyul tarixində Qardabani Bələdiyyə Məclisinin sədr
müavini vəzifəsini tərk edib. Ayaz Məmmədov isə Barışıq və Vətəndaş
Bərabərliyi Məsələlərin üzrə Dövlət nazirinin Kvemo Kartli
nümayəndəsi idi.