Rəfi Orucov və Ayaz Məmmədov "Vahid Milli Hərəkat" partiyasının sıralarına qoşulublar
Qardabani bələdiyyəsinin keçmiş sədr müavini Rəfi Orucov və Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə keçmiş müşaviri Ayaz Məmmədov "Vahid Milli Hərəkat" partiyasının sıralarına qoşulublar.
Bu gün, 30 iyul tarixində “Vahid Milli Hərəkat”-ın üzvü Davit Kirkitadze partiyanın yeni üzvlərini təqdim edib.
Rəfi Orucov və Ayaz Məmmədov “Gürcü Arzusu”-ndan “Vahid Milli Hərəkat”-a keçiblər.

“Dövlət xidmətlərində də, “Gürcü Arzusu”-nda çox maneələri aşmış adamlar üzərə çıxdı. Son hadisələr bu adamlara tutduqları kifayət qədər yüksək dövlət vəzifələrini tərk etmək qərarını verdirdi. Onlar Milli Hərəkata qoşuldular”, – Davit Kirkitadze bildirdi.

Rəfi Orucov 15 iyul tarixində Qardabani Bələdiyyə Məclisinin sədr müavini vəzifəsini tərk edib. Ayaz Məmmədov isə Barışıq və Vətəndaş Bərabərliyi Məsələlərin üzrə Dövlət nazirinin Kvemo Kartli nümayəndəsi idi.


"Marneuli" Radiosu
Print