29 iyul tarixinə olan məlumata görə, Marneuli bələdiyyəsində
koronavirusa 20-yə yaxın yoluxma halı qeydə alınıb.
Bu barədə məlumatı Marneuli meri səlahiyyətlərinin icraçısı Zaur
Tabatadze verdi və qeyd etdi ki, son dövrdə yoluxma halları artıb,
ancaq vəziyyət kritik deyil.
“İndiki mərhələdə Marneuli bələdiyyəsinin ərazisində
vəziyyət kritik deyil, yoluxmada artım var. Artım odur ki, dünənki
göstəricilərə görə, 20 yoluxma var idi. 140 000 nəfər sakini olan
bələdiyyə üçün bu təşviş doğuracaq deyil. Ancaq xoşagəlməz haldır.
Çünki əvvəlki dövrdə vəziyyət daha yaxşı idi. Yoluxmanın qarşısının
alınması üçün tədbir görmək mütləqdir və maksimum dərəcədə
çalışırıq ki, əhaliyə tövsiyələrə əməl etmələri barədə məlumat
verək. Marneulidə peyvənd prosesi də davam etdirilir. Çox yer
tutulub. Gün ərzində 80-dən 100-ə qədər, yaxud daha çox adam
peyvənd olunur. Bu pis deyil, ancaq bu say yenə də
artmalıdır”, – Zaur Tabatadze bildirdi.
Kvemo Kartlidə 24 saat ərzində koronavirusa 149, Gürcüstan
miqyasında isə 2712 yoluxma halı qeydə alınıb. 1561 nəfər sağalıb,
25 nəfər isə dünyasını dəyişib.