Tolerantlıq və Rəngarənglik İnstitutu (TDİ) araşdırma yayımlayıb.
Araşdırma Gürcüstanda irqi ayrı-seçkiliyə - polis sistemində etnik
azlıqlara və miqrantlara qarşı olan siyasətə, təcrübəyə aiddir.
Qeyd olunan araşdırma etnik azlıqların, miqrantların,
hüquq-müdafiəçiləri və vəkillərin təcrübəsi əsasında Gürcüstanda,
xüsusi ilə də hüquq müdafiə sistemində iqri ayrı-seçkilik
təcrübəsini araşdırmaq məqsədi daşıyan ilk tədqiqatdır.
Araşdırma bir neçə istiqamətə aiddir.
Onlardan biri
diskriminasiya və dil maneəsidir:
Sorğuda iştirak edən müsahiblərin mühüm qismi qeyd edir ki, gürcü
dilini bilmək irqi ayrı-seçkilik zamanı neqativ təcrübəni mühüm
dərəcədə azaldır. Onlar bildirirlər ki, azlıq nümayəndəsi gürcü
dilində danışdıqdan sonra polislərin yanaşmasının dəyişdiyi hallar
olur.
“Xarici görünüşdən və geyimdən başa düşəndə ki, gürcü
deyil, kobud danışmağa başlayırlar. Görəndə ki, gürcü dilində
danışır yanaşmaları dəyişir. Əhali diskriminasiyadan çox buna
qıcıqlanır”. (Etnik Azərbaycanlı müsahib, Kvemo
Kartli)
Gürcüstanda yaşayan miqrantların, eləcə də etnik azlıq qrupu
müsahiblərinin təcrübəsinə görə, gürcü dilini bilməmək mühüm
problem olaraq qalır. Bu sonuncu faktor xüsusi ilə ümumi dövlət
xidmətlərindən yararlanmağa, həmçinin, hüquqi strukturlarla
əməkdaşlığa mane olur.
- Sərhədi keçən zaman irqi
ayrı-seçkilik
Etnik Azərbaycanlı müsahiblər sərhədi keçərkən irqi ayrı-seçkilik
hallarından danışır. Onların “bazada qırmızı işarələnmə” səbəbindən
problemləri yaranır.
“Bakıya getmək istəyirdim və sərhəddə biometric
pasportumu verdim. Dedilər ki, size buraxa bilmərik, səbəbini
bilmirik, bazada qırmızı göstərir. Mən dedim nə baş verir,
məhkəməyə də çağırılmamışam. Sonra Marneuli polisinə müraciət etdim
və dedim ki, Bakıya əməliyyat üçün getməli idim, ancaq dedilər ki,
onlarda mənim haqqımda heç nə göstərmir. Sonra yenə getdim və yenə
dedilər ki, buraxmayacaqlar. Mən açıqlama tələb etdim. Rəhbərin
nömrəsini istədim və verdilər. Rəhbərlə danışdım və o, dedi ki,
bazada qırmızı deyilmişəm. O zaman niyə buraxmırsınız dedim. Sonra
gömrüyün qarşısında patrul ekipajına müraciət etdim və onlar da
dedilər ki, qırmızıda deyiləm. 112, 124 də eynisini
dedi”. (Etnik Azərbaycanlı müsahib, Kvemo Kartli)
- Diskriminasiya və dövlət xidmətləri
Araşdırmanın nəticələrinə görə, müsahiblər irqi ayrı-seçkilikdən
danışarkən polis qurumundan başqa tez-tez ümumilikdə dövlət və
müxtəlif dövlət institutlarını qeyd edirlər. Kvemo Kartli və
Samtsxe-Cavaxetidə yaşayan etnik azərbaycanlı, erməni müsahiblərin
böyük qismi deyir ki, yerli özünüidarə “möhtəşəm” nümunədir. Onlar
dövlət tərəfindən ayrı-seçkilik hallarını “gün işığına
çıxarırlar”.
Onların əksəriyyəti yerli özünüidarə nümayəndələrinin onlara qarşı
“biganə yanaşmasından” və “diqqətsizliyindən” söhbət açır. Onların
fikrinə görə, yerli hökumətin “biganə yanaşması” tez-tez məlumat
almaqda “uzadılan prosesdə” əks olunur. Onların sözlərinə görə,
ictimai məlumatın, bir qayda olaraq yalnız gürcü dilində əlçatan
olması məhz yerli hökumətin “biganəliyinin” nəticəsidir. Kvemo
Kartli və Samtsxe-Cavaxeti yerli özünüidarələrinin rəsmi
veb-səhifəsində yaxud sosial şəbəkədə məlumat yalnız gürcü dilində
yayımlanır. Bu isə yerli etnik azlıqların vaxtında məlumat almasını
mühüm dərəcədə çətinləşdirir.
- Hüquq müdafiə sisteminə qarşı etimad
Sorğuda iştirak edən müsahiblər, hüquq müdafiə orqanlarına qarşı
etimad bəsləmədiklərini xüsusi ilə qeyd edirlər. Sorğuda iştirak
edənlərin mühüm qismi hesab edir ki, polislərin biganə yanaşması
onların etimadının azalmasına səbəb olur və problemlərin “onlardan
asılı olmayaraq, öz metodları ilə” həll edilməsini düşündürür.
Samtsxe-Cavaxeti, Kvemo Kartlidə yaşayan etnik Azərbaycanlı və
erməni əhalisi arasında etimad nisbətən aşağıdır. Daha artıq,
onların qiymətləndirməsinə görə, yerli polis “DTX-nın əlindədir, bu
isə hər şeyin mənasını itirir”.
- İrqi ayrı-seçkiliyə necə qalib gələk –
tövsiyələr:
“İrqi ayrı-seçkiliklə mübarizə uzun prosesdir və
düzgün, aydın, icra olunan hüquqi bazaya əsaslanmalıdır. Araşdırma
göstərdi ki, hüquqi yaxud siyasi müzakirə mövzüsü hələ də mühüm
problem olaraq qəbul edilmir. Irqi ayrı-seçkilik probleminə qalib
gəlmək üçün dövlətin uzunmüddətli plan hazırlamasını mühüm hesab
edirik. Həmin plan normativ bazanın tamamlanmasını, polislərin peşə
bacarıqlarının təkmilləşdirilməsini və ictimaiyyətdə etimada
əsaslanmış ünsiyyəti əhatə edəcək. Beynəlxalq təcrübə və TDİ
tərəfindən aparılmış araşdırmanın nəticələrini nəzərə almaqla, irqi
ayrı-seçkilik probleminə qalib gəlmək üçün sonrakı istiqamətlərdə
işləməyi mühüm hesab edirik: problemin tanınması, normativ baza və
tənzimləmələrin hazırlanması, məlumatların toplanması, monitorinq
və hesabatlılıq, polislərin hazırlanması, ünsiyyət,
qoşulma”, – araşdırmada yazılıb.