"Salam" imzaları bu gün Parlamentə təqdim edir – Video
Bu gün, 27 sentyabr tarixində "Salam" platformasının üzvləri soyadlarının sonluğundan rus sonluqlarının silinməsi məqsədi ilə topladıqları 27 000 yaxın imzanı Gürcüstan Parlamentinə təqdim ediblər.


#soyadımıqaytar – “Salam” platforması imza toplamasını bitirib. 2 avqust tarixində, Gürcüstan Parlamentinin Prosedur Məsələləri və Qaydaları Komitəsi, “Salam” platformasının təşəbbüsünün qeydiyyatdan keçirilməsini müzakirə edib və dəstəkləyib.

Təşəbbüsə əsasən, “Salam”-ın məqsədi, istəyi olan halda, etnik azlıqların soyadından rus sonluqlarını (-ov, -ev və s.) götürmək şəraitinin yaradılmasıdır.

Platforma üzvlərinin topladığı 27 mindən çox imza bu gün parlamentin "Prosedurlar və qaydalar" komitəsinə təqdim olunub. Yoxlanan imzalar daha sonra "İnsan haqları" komitəsinə göndəriləcək və parlamentdə üç dəfə səsə qoyulacaq. Təklif qəbul edilərsə bu ölkədə yaşayan milli azlıqlara qeyri-autentik soyad sonluqlarından imtina, milli soyad sonluqlarını qəbul etmək hüququ veriləcək.

Təşkilat 45 gün ərzində 25 000 imza toplamalı idi.

“Salam” 3 avqust tarixindən imza toplamağa başlamışdı.

 

Print Email
FaceBook Twitter Google