Marneuli bələdiyyəsində son bir həftə ərzində koronavirusa 131
yoluxma qeydə alınıb. Bu barədə Marneuli İcitmai Səhiyyə və
Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Eter Laperadze bildirdi.
Onun sözlərinə görə, yalnız dünən, 18 oktyabr tarixində 49 yoluxma
qeydə alınıb. Yoluxanların əksəriyyəti isə uşaqlardır.
“Marneulidə kovidə yoluxmuş xəstələrin sayı artıq
kifayət qədət çoxdur. Yalnız dünən, 18 oktyabr tarixində 49 yoluxma
qeydə alınıb. Son bir həftə ərzində isə 131 yeni yoluxma
təsdiqlənib. Qeyd etmək lazımdır ki, yoluxanların əksəriyyəti
uşaqdır”, – Laperadze bildirdi.
Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri bildirdi ki, Marneulidə
uşaqlarda yoluxma sayının artmasına görə, Saimerlo kəndində uşaq
bağçası və bir neçə məktəb bağlanıb.
“Dünən Saimerlo uşaq bağçası yoluxmalara görə,
bağlandı. Bu gün isə Qaçağan bir və iki saylı ictimai məktəbləri
tamamilə onlayn tədrisə keçdi. Həmçinin, Marneuli 5 saylı ictimai
məktəbində 2 qrup onlayn rejimə keçirilib və Saimerlo məktəbində
isə vəziyyət dəqiqləşdirilməlidir. Əgər yoluxmuş uşaq əlamətlər
olan zaman üç gün məktəbə gəlməyibsə o zaman onlayn rejimə
keçməyəcəklər. Əgər 5 saylı ictimai məktəbdəki kimi dərs zamanı və
axşam hərarəti qalxıbsa, bu artıq təmasdır. Ona görə də onlayn
rejimə keçirdik”.
Marneuli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbərinin sözlərinə görə,
bələdiyyədə peyvənd vurduranların sayı azalıb və gün ərzində 60-70
nəfər peyvənd vurdurur.