Marneuli və Hucabinin Yepiskopu Qiorqi Camdeliani 17 oktyabr
tarixində, həftəlik ayin zamanı son zamanlar ölkədə baş vermiş
siyasi hadisələrə münasibət bildirib.
Camdelianinin sözlərinə görə, bugünkü vəziyyət təssüfedicidir.
Çünki ölkədə yenidən keçmiş rejimdən danışmalı oluruq və kiçik
millət partiyalara bölünüb. Yepiskopun sözlərinə görə, ölkədə böyük
sınaqlar var, ancaq həmin sınaqlar ictimaiyyəti oyandırmalıdır.
Marneuli və Hucabinin Yepiskopu “Vahid Milli Hərəkat”-ın idarəçilik
dövrünü totalitar rejim olaraq xatırlayır və qeyd edir ki, həmin
rejim çox ailəni bədbəxt etdi, çox adamə məhbusa çevirdi. Onun
sözlərinə görə, partiya üzvləri bu hərəkətlərdən tövbə
etməlidirlər, siyasi fəaliyyətləri isə qadağan edilməlidir.
“Bizim bugünkü vəziyyətimiz təəssüfedicidir. Kim düşünərdi ki,
2021-ci ildə biz yenidən keçmiş hakimiyyət rejimi barədə
danışacağıq. Bu əlbəttə, bugünkü hakimiyyətin öhdəsinə də
məsuliyyət qoyur. Ancaq, mən bizim ictimaiyyətə təəccüblənirəm ki,
həmin keçmişi unudublar. Bilirsinizmi, indi bir növ reinkarnasiya
etməyə çalışan siyasi təşkilatın başında zamanında cənab Saakaşvili
dururdu. Onların hakimiyyəti zamanı əhaliyə, vəhşi heyvana qarşı
olduğu kimi amansız idilər. Bəziləri ona xidmət göstərir. Ümid
edirəm bizim ictimaiyyətin düşüncəsi kifayət edəcək və ümumi
barışıqdan söhbət gedirsə, düzgün nəticə çıxaracaqlar. Çox
təəsüfedicidir ki, bu bizim azsaylı millətimiz partiyalara bölünüb,
birlik ədalətdə olmalıdır. Ədalət isə sülhün əsası olmalıdır.
Həqiqətən də böyük sınaqlardır. Hara getdiyimizi bilmirəm, ancaq,
bu sınaqlar bizi oyandırmalıdır. Ola bilsin bugünkü hakimiyyəti
bəyənmirik, tənqid də edə bilərik. Ancaq, çox sayda ailəni bədbəxt
etmiş, çox sayda adamı məhbusa çevirmiş totalitar rejim, keçmiş
hakimiyyət dövründə baş vermiş bədbəxtlikləri sadalamıram. İnsan
nəyisə xoşlamadığı halda yenə həmin tərəfə getməməlidir. Onlar
yalnız tövbə edə bilərlər, siyasi fəaliyyətləri isə qadağan
edilməlidir. Kim öz xalqına qarşı cinayətdə iştirak edirsə ,
belələrinə yüksək vəzifəyə gəlmək, siyasi fəaliyyətini davam
etdirmək şəraiti yaradılmamalıdır. Heyrət içindəyəm, bizim müqəddəs
Patriarxa qarşı nələr etmiş şəxslər, bu adamı az qalsın müqəddəsə
çevirəcəklər. Başa düşürsünüz bizi ictimaiyyətdə nə baş verir?! Ola
bilsin gənc nəsil xatırlamır, ancaq böyük nəsil xatırlayır. Belə
ki, irəliyə baxmalıyıq, ancaq keçmişi unutmamalıyıq, gələcəyimizi
düşünməliyik” – Yepiskop Qiorqi Camdeliani
bildirdi.
Qeyd etmək lazımdır ki, Gürcüstanın üçüncü prezidenti Mixeil
Saakaşvili 1 oktyabr tarixində, Tbilisidə saxlanılıb və o, Rustavi
cəzaçəkmə müəssisəsinə yerləşdirilib. Saakaşvili həbs olunduğu
gündən etiraz əlaməti olaraq aclıq elan edib. Saakaşvilinin azad
edilməsi tələbi ilə petisiya da yaradılıb. Həmin petisiyanı
vətəndaşlarla yanaşı ruhani şəxslər də imzalayıb.