Onlar yalnız tövbə edə bilərlər, siyasi fəaliyyətləri isə qadağan edilməlidir” – Marneuli və Hucabinin Yepiskopu “VMH” və Saakaşvili barədə
Marneuli və Hucabinin Yepiskopu Qiorqi Camdeliani 17 oktyabr tarixində, həftəlik ayin zamanı son zamanlar ölkədə baş vermiş siyasi hadisələrə münasibət bildirib.

Camdelianinin sözlərinə görə, bugünkü vəziyyət təssüfedicidir. Çünki ölkədə yenidən keçmiş rejimdən danışmalı oluruq və kiçik millət partiyalara bölünüb. Yepiskopun sözlərinə görə, ölkədə böyük sınaqlar var, ancaq həmin sınaqlar ictimaiyyəti oyandırmalıdır.

Marneuli və Hucabinin Yepiskopu “Vahid Milli Hərəkat”-ın idarəçilik dövrünü totalitar rejim olaraq xatırlayır və qeyd edir ki, həmin rejim çox ailəni bədbəxt etdi, çox adamə məhbusa çevirdi. Onun sözlərinə görə, partiya üzvləri bu hərəkətlərdən tövbə etməlidirlər, siyasi fəaliyyətləri isə qadağan edilməlidir.

“Bizim bugünkü vəziyyətimiz təəssüfedicidir. Kim düşünərdi ki, 2021-ci ildə biz yenidən keçmiş hakimiyyət rejimi barədə danışacağıq. Bu əlbəttə, bugünkü hakimiyyətin öhdəsinə də məsuliyyət qoyur. Ancaq, mən bizim ictimaiyyətə təəccüblənirəm ki, həmin keçmişi unudublar. Bilirsinizmi, indi bir növ reinkarnasiya etməyə çalışan siyasi təşkilatın başında zamanında cənab Saakaşvili dururdu. Onların hakimiyyəti zamanı əhaliyə, vəhşi heyvana qarşı olduğu kimi amansız idilər. Bəziləri ona xidmət göstərir. Ümid edirəm bizim ictimaiyyətin düşüncəsi kifayət edəcək və ümumi barışıqdan söhbət gedirsə, düzgün nəticə çıxaracaqlar. Çox təəsüfedicidir ki, bu bizim azsaylı millətimiz partiyalara bölünüb, birlik ədalətdə olmalıdır. Ədalət isə sülhün əsası olmalıdır. Həqiqətən də böyük sınaqlardır. Hara getdiyimizi bilmirəm, ancaq, bu sınaqlar bizi oyandırmalıdır. Ola bilsin bugünkü hakimiyyəti bəyənmirik, tənqid də edə bilərik. Ancaq, çox sayda ailəni bədbəxt etmiş, çox sayda adamı məhbusa çevirmiş totalitar rejim, keçmiş hakimiyyət dövründə baş vermiş bədbəxtlikləri sadalamıram. İnsan nəyisə xoşlamadığı halda yenə həmin tərəfə getməməlidir. Onlar yalnız tövbə edə bilərlər, siyasi fəaliyyətləri isə qadağan edilməlidir. Kim öz xalqına qarşı cinayətdə iştirak edirsə , belələrinə yüksək vəzifəyə gəlmək, siyasi fəaliyyətini davam etdirmək şəraiti yaradılmamalıdır. Heyrət içindəyəm, bizim müqəddəs Patriarxa qarşı nələr etmiş şəxslər, bu adamı az qalsın müqəddəsə çevirəcəklər. Başa düşürsünüz bizi ictimaiyyətdə nə baş verir?! Ola bilsin gənc nəsil xatırlamır, ancaq böyük nəsil xatırlayır. Belə ki, irəliyə baxmalıyıq, ancaq keçmişi unutmamalıyıq, gələcəyimizi düşünməliyik”
– Yepiskop Qiorqi Camdeliani bildirdi.

Qeyd etmək lazımdır ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili 1 oktyabr tarixində, Tbilisidə saxlanılıb və o, Rustavi cəzaçəkmə müəssisəsinə yerləşdirilib. Saakaşvili həbs olunduğu gündən etiraz əlaməti olaraq aclıq elan edib. Saakaşvilinin azad edilməsi tələbi ilə petisiya da yaradılıb. Həmin petisiyanı vətəndaşlarla yanaşı ruhani şəxslər də imzalayıb.
"Marneuli" Radiosu
Print