Marneuli bazarında yeddi qab-qacaq və iki paltar mağazası olmaqla 9
mağaza yanıb.
Satıcılar bildirdilər ki, yanğının səbəbi onlara məlum deyil. Bazar
rəhbərliyindən “Marneuli” radiosuna bildirdilər ki, hadisə yerinə
ekspertlərin gəlişini gözləyirlər. Yalnız ekspertlərin işləməsindən
sonra yanğının səbəbi məlum olacaq.
“Təxminən 50 000, 80 000 lari dəyərində ziyan dəyib.
Bütün bazara təxminən 100 000 lari dəyərində ziyan dəymiş olar.
Səbəblər bizə məlum deyil”, – satıcılardan biri qeyd
etdi.
Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna bildirdilər ki, baş
vermiş faktla əlaqədar Cianyət Məcəlləsinin 187-ci maddəsi ilə
istintaq aparılır. Həmin maddə əşyaya ziyan vurmaq və ya məhv
etməyi nəzərdə tutur.
Marneuli bazarında yanğın 20 oktybar tarixində, axşam saatlarında
baş verib. Hadisə yerinə yanğınsöndürən briqadası səfərbər
edilibmiş və bir neçə saata yanğını söndürüblər.