Son bir həftədə Marneulidə koronavirusa 200 yoluxma qeydə alınıb, 2 nəfər dünyasını dəyişib
Marneuli bələdiyyəsində, son bir həftə ərzində kovid-19-a 200 nəfər yoluxub.

Marneuli İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət Mərkəzindən bildirdilər ki, son bir həftə ərzində Marneulidə koronavirusdan 2 nəfər dünyasını dəyişib.


“Son bir həftədə, bizdə olan məlumata görə, Marneuli miqyasında koronavirusa 200 nəfər yoluxub. Mövcud məlumata görə, 2 nəfər dünyasını dəyişib”, – Səhiyyə Mərkəzindən bildirdilər.

Marneulinin Xəstəliklərə Nəzarət Mərkəzindən bildirdilər ki, ötən həftə ilə müqayisədə peyvənd vurdurmaq istəyənlərin sayı artıb və Marneulidə 17 oktyabrdan bu günə qədər 404 nəfər kovidə qarşı peyvənd vurdurub.

Print Email
FaceBook Twitter Google