Kənan Ömərovun Marneuli meri vəzifəsində ilk iş günü
Marneulinin yeni seçilmiş meri Kənan Ömərov bu gün, 28 oktyabr tarixindən səlahiyyətlərinin icrasına başlayıb. Ömərov Marneuli meriyasına bu gün, saat 10-da gedib.

“Bildiyiniz kimi, bu gün mənim Marneuli meri vəzifəsində ilk iş günümdür. Bu gündən yeni iş rejiminə keçirik. Biz birlikdə vətəndaşlarımıza, əhaliyə və bütün Marneuliyə xidmət göstərməliyik. Marneulinin inkişafının qayğısına birlikdə qalmalıyıq”.

“Marneuli” radiosunun Ömərovun mer olduqdan sonra həllinə çalışacağı əsas məsələnin nə olacağı barədə sualına cavab olaraq bildirdi ki, mühüm olan meriya əməkdaşlarının nizam-intizamıdır.

“Əlbəttə, ilk növbədə meriya əməkdaşlarında nizam-intizam olmalıdır və daha sonra meriya əməkdaşları olaraq hər bir Marneuli sakininə xidmət göstərməliyik. Əlbəttə, yeniliklər olacaq. Gələcək planlarla bağlı ictimaiyyətə məlumat verəcəyik”, – Kənan Ömərov bildirdi.

Mer ilk iş günündə Kvemo Kartli müvəkkili Şota Rexviaşvili ilə görüşəcək və daha sonra meriya əməkdaşları ilə məlumat xarakterli görüş keçirəcək.

Gürcüstanda yerli özünüidarə seçkiləri 2 oktyabr tarixində keçirildi. Marneulidə “Gürcü Arzusu”-nun namizədi Kənan Ömərov qalib gəldi. O, 68% səs toplamışdı.




Print Email
FaceBook Twitter Google