Marneuli sakinləri yeni merdən nə gözləyir
Bu gün, 28 oktyabr tarixində, Marneulinin yeni seçilmiş meri Kənan Ömərov səlahiyyətlərinin icrasına başlayıb.

Mer bildirdi ki, onun və Marneuli meriyasının əməkdaşlarının ilk öhdəliyi əhaliyə xidmət göstərməkdir.

“Marneuli” radiosu Marneuli sakinlərinin yeni mer barədə nə düşündüyünü və onlar üçün hansı problemin həllinin prioritetli olduğu ilə maraqlandı. Bizim sorğuda iştirak edən əhalinin əksəriyyətinin yeni merdən xüsusi gözləntisi yoxdur. Onlar düşünürlər ki, Ömərov tək heç nə bacarmaz və onun əvəzinə başqaları qərar qəbul edəcəklər.


Onun heç nədən xəbəri yoxdur, elə-belə mer olacaq. Ondan nə etməli olduğunu soruşan da yoxdur, yəqin onun yerinə yenə başqaları işləyəcək”- Marneulili kişi dedi.

“Biz balaca adamlarıq, onlar necə deyəcək hər şey elə də olacaq. Biz nə etməliyik? Onsuz da bizə diqqət göstərmirlər. Nə fərqi var Ömərov olacaq ya başqa kimsə. Hamı onsuz da eynidir, hər kəs özü üçün işləyir”.

Mən qoca qadınam, nə bilim necə mer olacaq. Heç tanımıram da kimdir”.

Müsahiblərin bir qismi hesab edir ki, əgər əhalinin əksəriyyəti Ömərovu mer seçibsə o, yaxşı mer olacaq.

“Məncə çox yaxşı mer olacaq, mən belə düşünürəm. Əlbəttə xalqın da dəstəyi ilə nə bacarır edəcək”.

“Hər şeyin qiyməti artıb, bu yəqin ki, daha çox yuxarıdan həll olunmalıdır. Mer nə etsin və iş yerləri yaratmalıdır. Elə bir şey etsin ki, adamların gəliri olsun. Yəqin belə olarsa yaxşı mer olacaq, bilmirəm, şəxsən tanımıram və deyə bilmirəm necə olacaq. Bunu gələcək göstərəcək”



“Əgər bu adam namizəd seçilibsə deməli yaxşı mer olacaq. Baxaq, hadisələr necə davam edəcək”

İş yerlərinin olmaması və infrastruktur problemləri – bunlar Marneuli sakinlərinin söhbət açdığı əsas problemlərdir.

Gürcüstanda yerli özünüidarə seçkiləri 2 oktyabr tarixində keçirildi. Marneulidə “Gürcü Arzusu”-nun namizədi Kənan Ömərov qalib gəldi. O, 68% səs toplayıb.
"Marneuli" Radiosu
Print