“Şotaoba”-nın qeyd edilməsi Marneuli meriyasına neçəyə başa gəlib
Marneuli yerli özünüidarəsi “Şotaoba” bayramını qeyd etmək üçün 4660 lari xərcləyib.

Marneuli meriyası “Şotaoba” tədbiri üçün beş sadələşdirilmiş müqavilə bağlayıb. Yerli özünüidarə ən çox qonaqlara verilən nahar yeməyinə pul xərcləyib.

Heykəlin açılış tədbirində Gürcüstanın tanınmış mədəniyyət, təhsil və digər sahə xadimləri iştirak edirdilər. Bunun üçün qonaqlara (ümumilikdə 30 nəfər, buradan 25 nəfər qonaq) nahar verməyə ehtiyac yarandı”, – fərdi sahibkar Vladimer Kimadze ilə bağlanmış sadələşdirilmiş müqavilənin izahatnaməsində yazılıb.

Yerli özünüidarə 25 qonaq və 5 ev sahibi üçün 2 525 lari xərcləyib. Marneuli meriyası “Şotaoba” bayramında müxtəlif növ — ümumilikdə 1 240 lari dəyərində hədiyyələri fərdi sahibkar Əkrəm Qəhrəmanovdan alıb. Meriya 20 ədəd qızılı örtüklü/laminasiyalı bloknota 700 lari ödəyib. 20 ədəd markalı qələm 100 lari, 20 ədəd ikitərəfli, markalı çanta 260 lari, 100 ədəd Rustavelinin şəkli olan nişan isə 180 lariyə başa gəlib.

Meriya həmin şəxsdən Rustaveli heykəlinin açılışı üçün 10 metrlik ağ atlas parça alıb.

Marneuli meriyası xüsusilə “Şotaoba” bayramı üçün fərdi sahibkar Şura Edilaşvilidən Çariça Tamar və Şota Rustavelinin kostyumlarını 120 lariyə kirayələyib. Meriya rekvizit və yüklərin daşınmasına 565 lari ödəyib.

Marneulidə “Şotaoba” 24 noyabr tarixində qeyd olunub. Marneuli Bələdiyyə Məclisinin qərarı ilə “Şotaoba” Marneulidə hər il qeyd olunacaq.

Qeyd edək ki, Marneuli kitabxanasının qarşısında Şota Rustavelinin heykəlinin açılışı olub və yerli özünüidarə buna 112 520 lari xərcləyib.

Print Email
FaceBook Twitter Google