Marneulinin iki uşaq bağçası 9 dekabr tarixindən fəaliyyətini
davam etdirəcək. Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur
Kərəmov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, indiki
mərhələdə Şaumyaninin köhnə uşaq bağçası və Marneuli şəhər 4 saylı
bağçası bağlıdır.
Hər iki bağça 9 dekabr tarixindən fəaliyyətini davam etdirəcək.
Zaur Kərəmovun sözlərinə görə, bələdiyyə miqyasında uşaq
bağçalarında koronavirus halları qeydə alınmayıb. O, bildirdi ki,
son iki gün ərzində aparılan testlər nəticəsində bağça heyətində
koronavirus halları təsdiqlənməyib.
Qeyd edək ki, uşaq bağçalarının heyəti hər iki həftədən bir məcburi
testdən keçirilir.