Bu gün, 26 may tarixində səhər saatlarında Marneuli rayonunun
Ağməmədli kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş
verib. Qəza nəticəsində iki nəfər dünyasını dəyişib.
Məlumata görə, yüksək sürətlə hərəkət edən "Opel" markalı avtomobil
Ağməmədli kəndindən olan 12 yaşlarında uşağı vurub. Daha sonra isə
avtomobil hasara çırpılıb. Qəza nəticəsində uşaq və Qaçağan kənd
sakini olan 26 yaşlı sürücü hadisə yerində dünyasını dəyişib.
Şahidlərin sözlərinə görə, hadisə 12 yaşlı uşaq mal-qaranı yoldan
keçirən zaman baş verib. Onların dediyinə görə, qəzanın baş verdiyi
əraziyə təcili tibbi yardım briqadası çağırılsa da, gec gəlib.
Təcili yardım gələnədək, uşaq artıq dünyasını dəyişib.
Hadisə yerinə xilasetmə qrupu və polis də cəlb olunub. Faktla bağlı
araşdırma aparılır.