Marneuli yerli özünüidarəsi şəhərin girişində 26 may Müstəqillik
Günü münasibətilə 20 metrlik bayraq ucaldıb. Marneuli yerli
özünüidarəsi bayrağın ucaldılması ilə bağlı qərarı Bələdiyyə
Məclisinin 28 aprel tarixində baş tutmuş iclasında qəbul edib.
Marneuli meriyası bayrağı sadələşdirilmiş qaydada alıb.
20 metr hündürlüyündə bayraq Marneuli şəhərinin girişində,
“Gürcüstan hər şeydən öncə” lövhəsinin ərazisində yerləşdirilib.
Bələdiyyə bayrağın ucaldılması üçün 13 585 lari xərcləyib.
Bayrağın ucaldılmasından başqa, Marneulidə müstəqillik günü ilə
əlaqədar müxtəlif tədbirlər keçiriləcək. Tədbir saat 14:00-da
başlayacaq.
• Musiqili və teatr nümayişləri;
• Tarixi sərgilər;
• Gürcü xalq ənənələri guşələri;
• İdman fəaliyyətləri;
• Müsabiqələr, uşaq tamaşaları və şoular;
• Saat 17:10-da bayram tədbirinin qeyd olunması;
Axşam yekun konserti:
“Alilo” ansamblının,”Rezo və Uşaqlar” qrupunun çıxışı
26 may tarixində Gürcüstan Müstəqillik Gününü qeyd edir. Bu önəmli
bayram öz mənbəyini 1918-ci ildən götürür.