Marneuli bələdiyyəsində 11 uşaq bağçasını 406 məktəbyaşlı uşaq
bitirib. Bu barədə Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov
“Marneuli” radiosuna bildirdi.
Onun sözlərinə görə, 2021-22-ci tədris ilində məktəbəqədər hazırlıq
qruplarını 458 uşaq bitirib.
“2021-22-ci tədris ilini, ümumilikdə, 873 uşaq bitirib.
Buradan bəziləri uşaq bağçalarının, bir qismi isə məktəbəqədər
hazırlıq qruplarının uşaqlarıdır”, – Kərəmov
bildirdi.
Marneuli bələdiyyəsində bu il
11 bağça və 16 məktəbəqədər hazırlıq
qrupu fəaliyyət göstərirdi. 2022-23-cü ildə güman ki 15 uşaq
bağçasında təhsil prosesi bərpa olunacaq. Bu bağçalara təxminən
1000 uşaq qəbul ediləcək.