Batumi şəhərində keçirilmiş kikboksinq üzrə beynəlxalq turnirdə
Marneulili idmançılar uğurla mübarizə aparıblar.
Marneuli İdman Məktəbindən bildirdilər ki, yarışda müxtəlif çəki
dərəcələrində gənclər iştirak ediblər.
"Bu turnirdə Marneuli İdman Məktəbinin altı üzvü iştirak edirdi.
Onlardan beşi medalla qayıdıb. İki qızıl, üç gümüş və bir bürünc
medal qazanıblar", – İdman Məktəbindən
bildirdilər.
Turnir Batumi şəhərində 16-17 iyul tarixlərində keçirilib.