Bolnisidə Kvemo Kartli Gənclər Forumu keçirilib
2 dekabr tarixində, Bolnisi Muzeyində Gənclər Forumu keçirilib. Forumda yerli özünüidarələr, gənclər təşkilatları və mülki sektor nümayəndələri iştirak edirdilər.

BMT-nin Əhali Fondunun Gürcüstan ofisinin rəhbəri Lela Bakradze bildirdi ki, gənclərin yerli özünüidarə fəaliyyətinə qoşulması ciddi şəkildə mühümdür.

“Gənclərin inkişafı və gənclərin öz yerli icmasının inkişafında iştirak etməsi, problemlərin yerli özünüidarəyə çatdırılması çox mühümdür. Bu demokratik inkişafın mühüm əsasıdır və gənclərin inkişafının çox vacib istiqamətidir. Təəssüf ki, bu gün Gürcüstanda gənclərin iştirakı çox aşağıdır. Gənclərin təxminən 30%-dən çoxusu əmək bazarına qoşulmayıb, formal və qeyri-formal təhsilə qoşulmayıblar. Bu mütləq dəyişməlidir. Bizim Kvemo Kartlidə iştirak etdiyimiz gənclər forumu məhz buna ümid verir”.

Gənclər forumunun çərçivəsində Kvemo Kartlidə yaşayan gənclər yerli özünüidarə nümayəndələrinə tövsiyələr veriblər ki, gənclər istiqamətində hansı proqramların həyata keçirilməsi mühümdür.
İctimai nəqliyyat problemi, gender bərabərliyi problemləri, idman və maarifləndirici məkanlar – Marneulili gənclər məhz bu mövzuları diqqətə yetiriblər.

“Biz ötən il dekabrda, “Gənclər sosial dəyişikliklər üçün” layihəsi çərçivəsində 4 günlük təlimdə iştirak etdik. Layihə ərzində çox məlumat aldıq. Sonra isə qızların futbol liqasının keçirilməsi ilə əlaqədar ideyamız var idi. 3 aprel tarixində keçirdik. Çox xoş idi. Çünki Marneulidə ilk dəfə belə turnir keçirildi və sevinirəm ki, bunu bacardıq. Düşünürəm gənclər çox şey edə bilərlər və onların böyük potensialı var. Biz sosial dəyişikliklə edə bilərik”
– Marneulili Nino Hüseynova bildirdi.

Bolnizi və Rustavi merləri ilə yanaşı forumda Marneuli meri Kənan Ömərov da çıxış etməli idi. Amma o, forumda iştirak etməyib. Forumda Marneuli meiryası və Bələdiyyə Məclisinin əməkdaşları iştirak ediblər. Marneuli bələdiyyəinin Səhiyyə, Sosial Təminat, Məədniyyət, İdman, Uşaq Hüquqlarının Müdafiəsi və Dəstəkgöstərmə Xidmətinin rəhbəri Nino Dekanoidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, bələdiyyə üçün mühüm olan gənclərin inkişafı, gücləndirilməsidir.

“Hər bir bələdiyyənin proqramı var. Proqram gənclərin inkişafına və onların problemlərinin həllinə dəstək olur. Marneuli bələdiyyəsində də Gənclər Şurası var və onların təşəbbüsü ilə gənclərin inkişafına yönəlmiş bütün proqramlar tətbiq oluna bilər. Bizim müvafiq yeniliklərimiz var və 2023-cü ilin gənclər proqramına daxil edəcəyik. O özlərinin təşəbbüs etdiyi bütün çətinliklərin inkişafına səbəb olacaq”
– Nino Dekanoidze dedi.

Gənclər forumunda Kvemo Kartli qubernatoru Qiorqi Doxturişvili də iştirak edib. O, qeyd edib ki, belə tipdə forumların keçirilməsi çox mühümdür. Çünki gənclərə öz istəklərini və fikirlərini hakimiyyət nümayəndələrinə çatdıra bilsinlər.

Forumun məqsədi gənclərlə yerli özünüidarə, vətəndaş sektoru üzvləri arasında dialoq üçün məkan yaratmaqdır. Bu gənclər üçün mühüm məsələlərin yerli siyasətinin yaradılması-həyata keçirilməsi prosesində nəzərə alınmasına, onların əsas rolunun daha bərabər, harmoniyalı və davamlı ictimaiyyətinin qurulması prosesində tanınmasıdır.

Gənclər Forumu “Gürcüstanda qadınlar və qızlara zorakılığa qarşı” (EVAWGG) proqramı çərçivəsində keçirilib. Layihə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadın Təşkilatı (UN Women) tərəfindən Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir.
Print Email
FaceBook Twitter Google