Marneulidə “Plüralizmin dəstəklənməsi və stereotiplərlə mübarizə” haqqında görüş və seminar keçirildi
Bu gün, 5 dekabr tarixində Marneulidə yerləşən Mülki Məşğulluq Mərkəzində “Plüralizmin dəstəklənməsi və stereotiplərlə mübarizə” layihəsi çərçivəsində görüş və seminar keçirildi.

Görüşdə yerli mətbuat nümayəndələri, bloqerlər, ictimai fəallar iştirak edirdilər.

Layihə Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Mülki Şura tərəfindən Maks Plank Beynəlxalq Sülh və Qanunun Aliliyi Fondu ilə birlikdə həyata keçirilir. Layihənin məqsədi media və vətəndaş cəmiyyətinin iştirakı ilə Gürcüstanda plüralizm və tolerantlıq dəyərlərinə əsaslanan müzakirə platformasını gücləndirilməsi və bütün bunlara əsaslanaraq prosesin inklüzivliyinə, şəffaflığına və həll yollarının axtarılmasına istiqamətlənməsini təmin etməkdir.

Layihə Gürcüstanın üç regionunda - Kvemo Kartli, Acarıstan və Samsxe-Cavaxetiyada həyata keçirilir. Layihənin birinci mərhələsinin açılışı Kvemo Kartlidə, Marneulidən başladı.

Layihənin növbəti mərhələsi gələn il həyata keçiriləcək.

"Marneuli" Radiosu

Print