Meriya köhnə inventarların silinməsi üçün komissiya yaradır
Marneuli meriyasında inventarların silinməsi üçün xüsusi komissiya yaradılacaq. Söhbət Marneuli meriyası və meriya tərəfindən təsis edilmiş qeyri-kommersiya hüquqi şəxslərin balansında olan sıradan çıxmış və ya istifadə olunmayan texnikanın silinməsindən gedir.

Qeyd olunan məsələni təsdiqlənmək üçün Bələdiyyə Məclisinin 5 dekabr tarixində baş tutan iclasda meriyanın əməkdaşı Beka Qavaşeli müzakirəyə çıxarıb. O, qeyd edib ki, bələdiyyədə inventarizasiya və silinmə üçün komissiya yaradılacaq.

Meriyanın Maliyyə-Büdcə Xidməti rəhbərinin səlahiyyətlərinin icraçısı Maia Naveriani bildirib ki, artıq silinmə prosesində riayət edəcəkləri siyahı var.

“Yeni inventarizasiya indi başlayıb. Artıq nəyin silinməli olduğunu bilirik. Portativ kompüterlər (noutbuklar), masaüstü kompüterlər sıradan çıxıb və artıq təmir olunacaq vəziyyətdə deyil. Siyahımız var, ancaq silinmə hansı formada olacaq, bunun üçün komissiya yaradılacaq və elə silinəcək”.


Qeyd olunan məsələ ilə bağlı deputatlar müsbət qərar qəbul ediblər. Bələdiyyə Məclisinin iclasında ümumilikdə 4 məsələ müzakirə olunub. Həmçinin, yeni il tədbiri keçirmək üçün 140 000 lari ayrılması və sosial məsələlər müzakirə edilib.


Print Email
FaceBook Twitter Google