Tsereteliyə suyun verilməsi güman ki, bu gün bərpa olunacaq
Marneuli bələdiyyəsinin Tsereteli kəndinə suyun verilməsi güman ki, bu gün bərpa olunacaq.

Yerli sakinlərin sözlərinə görə, 4 may tarixindən kəndə içməli su verilmir. Bələdiyyə şirkəti “Kənd Su” MMC-dən “Marneuli” radiosuna bildiriblər ki, problem sıradan çıxmış mühərrikə görə yaranıb. Tbilisidən gəlmiş mütəxəssislər hələ də mühərrikin təmirinə çalışırlar.

“Qəzalı vəziyyətdədir, sıradan çıxıb. İndi buradayıq, Tbilisidən ustalar gəlib, təmir edirik. Təmir olunan kimi suyu verəcəyik. Bu gün təmir olunmalıdır, ancaq vaxtını dəqiq deyə bilmərəm. 132 kilovatlıq mühərrik sıradan çıxıb”,
– “Kənd Su”-nun nümayəndəsi Aleko Mamukaşvili “Marneuli” radiosuna bildirib.

Qeyd edək ki, Tsereteli kəndinə su qrafiklə, həftədə iki dəfə verilir.


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər