Marneuli bələdiyyəsinin Tsereteli kəndinə suyun verilməsi güman ki,
bu gün bərpa olunacaq.
Yerli sakinlərin sözlərinə görə, 4 may tarixindən kəndə içməli su
verilmir. Bələdiyyə şirkəti “Kənd Su” MMC-dən “Marneuli” radiosuna
bildiriblər ki, problem sıradan çıxmış mühərrikə görə yaranıb.
Tbilisidən gəlmiş mütəxəssislər hələ də mühərrikin təmirinə
çalışırlar.
“Qəzalı vəziyyətdədir, sıradan çıxıb. İndi buradayıq, Tbilisidən
ustalar gəlib, təmir edirik. Təmir olunan kimi suyu verəcəyik. Bu
gün təmir olunmalıdır, ancaq vaxtını dəqiq deyə bilmərəm. 132
kilovatlıq mühərrik sıradan çıxıb”, – “Kənd Su”-nun
nümayəndəsi Aleko Mamukaşvili “Marneuli” radiosuna bildirib.
Qeyd edək ki, Tsereteli kəndinə su qrafiklə, həftədə iki dəfə
verilir.