Saimerlonun daxili yollarının çəkilməsi üçün 350 367 lari dəyərində tender elan olunub
Marneuli yerli özünüidarəsi Saimerlo kəndində daxili yollara asfalt qatının çəkilməsi/bərpası işləri ilə bağlı tender elan edib.

Tenderdə qeyd olunan smeta sənədlərinə görə, Saimerlo kəndində beş hissədə daxili yollara asfalt çəkilməsi planlaşdırılır.


Birinci hissə 124 metr məsafədədir. Küçə Saimerlo parkına yaxın, suvarma kanalının kənarında yerləşir.

Yolun ikinci hissəsi 265 metr uzunluqdadır, üçüncü hissə 51 metrdir. Hər iki hissə Saimerlo kəndinin qəbirstanlığına gedən yoldur.


Dördüncü hissə 337 metr uzunluqdadır. Hissə Saimerlonun köhnə Ayinlər Evinin girişindən başlayır və əkin-biçin sahələrinə gedən yolun kəsişməsinə qədər davam edir.

Beşinci hissə isə Zaza Boçoidze küçəsinin sonuncu hissəsidir və orada asfalt qatı çəkilməyib.

“Mövcud yol örtüyü qum-çınqıl qarışığı şəklindədir. Yolun hərəkət hissəsi və kənarları tikinti tullantılarından və yağışların gətirdiyi daş qalıqlarından təmizlənməlidir”, –
Tenderin smeta sənədlərində qeyd olunub.

Marneuli meriyası Saimerlo kəndində daxili yolların çəkilməsi üçün 350 367 lari dəyərində tender elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 24 maydan 29 maya kimi öz təkliflərini təqdim edə bilərlər.


Print Email
FaceBook Twitter Google