Marneuli meri QvemoQartli.ge-yə daxili audit hesabatlarının
ictimailəşdirilməsi ilə bağlı rədd cavabı verib.
Bu barədə qeyd olunan mətbuat vasitəsi məlumat yayır və yazır ki,
cari ilin fevralından bu günə qədər QvemoQartli.ge Marneuli
meriyasından daxili auditin fəaliyyəti ilə bağlı məlumat almağa
çalışması nəticəsiz qalır. Təşkilat Marneuli meriyasının Daxili
Audit Xidmətinin 2022-ci ildə hazırladığı nəticələr/hesabatlar və
tövsiyələr barədə ictimai məlumat verilməsini tələb edir.
Cavabsız qalan məktublardan sonra “Kvemo Kartli mediası –
QvemoQartli.ge” inzibati şikayətlə Marneuli meriyasına müraciət
edib. Yalnız şikayətdən sonra təşkilat Marneuli meriyasından cavab
alıb.
Marneuli meri Kənan Ömərovun yazdığı cavab məktubunda oxuyuruq ki,
meriyanın daxili audit yoxlamasının hesabatlarını
ictimailəşdirməmək səlahiyyəti var.
“Kvemo Kartli Mediası” hesab edir ki, dövlət sirri istisna olmaqla,
vətəndaşların ödədiyi vergilərlə keçirilən hər hansı proses barədə
ictimaiyyətin məlumat almaq hüququ var. Müvafiq olaraq, təşkilat
Marneuli meriyasına qarşı məhkəməyə təqdim olunacaq şikayət
hazırlayacaq.
QvemoQartli.ge-yə “Gənc Hüquqşünaslar Assosiasiyasının” Kvemo
Kartli ofisi hüquqi dəstək göstərir. Təşkilat daxili audit
hesabatlarının ictimailəşdirilməsi ilə bağlı rədd cavabı aldığına
görə, artıq Rustavi meriyasına qarşı da məhkəməyə müraciətedib.
"Marneuli" Radiosu