“VMH”-ın Marneuli qərargahında sədr seçkiləri keçiriləcək
Vahid Milli Hərəkatın Marneuli Rayon Qərargahının rəhbər vəzifəsi üçün seçkilər keçiriləcək. İl yarım ərzində sədr səlahiyyətlərinin icraçısı olaraq Laşa Kveladze təyin olunmuşdu. Onun “Marneuli” radiosuna bildirdiyinə görə, seçkilərdə öz namizədliyini irəli sürməyi planlaşdırmır.

Kveladze, hesab edir ki, VMH-ın siyasi şurasının xalq arasında legitimliyi olan şəxslərdən ibarət olması lazımdır ki, partiyanın fəaliyyətində daha çox açıqlığa dəstək olsun.

“İndiki mərhələdə Bələdiyyə Məclisində VMH fraksiyasının sədriyəm və qeyd olunan istiqamətdə gücləndirilmə mənim əsas məqsədim olacaq. Ona görə indiki mərhələdə rayon təşkilatına sədr seçkilərində iştirak etməkdən çəkinəcəyəm. Partiyanın rayon təşkilatı sədrliyinə Eldar Mustafayev və Azad Kərimov namizəd olacaq. Eldar Mustafayev 2003-cü ildən Milli Hərəkatınü üzvüdür və Bələdiyyə Məclisinin üzvü də olub. 2021-ci ilin özünüidarə seçkilərində merliyə namizəd olub və bizim seçicilərə yaxşı tanışdır. Yekun olaraq, bu proses nəticəsində partiya elə gücləndirilməlidir ki, Mixeil Saakaşvilinin Putinin əsirliyindən azad edilməsinə nail olaq və rus oliqarxı Bidzina İvanişvilini məğlub edək”, – Kveladze bildirib.

Marneulidə seçkilərin nə zaman keçiriləcəyi hələ ki, məlum deyil, ancaq güman edilən tarix kimi 17-20 may müzakirə olunur.

Print Email
FaceBook Twitter Google