Marneulili Qiorqi Mirzoyan kiqboksinq üzrə Avropa Açıq Birinciliyinin çempionu olub
Marneulili idmançı Qiorqi Mirzoyan kiqboksinq üzrə Avropa Açıq Birinciliyinin çempionu olub.

Marneuli bələdiyyəsinin İdman Məktəbinin məlumatına görə, cari ilin 4-7 mayında Latviyanın paytaxtı Riqada kiqboksinq üzrə Avropa Açıq Birinciliyi keçirilib. Çempionatda Marneuli idman Məktəbinin idmançısı uğurla mübarizə aparıb.

Qiorqi Mirzoyan 51 kq çəki dərəcəsində Avropa çempionluğu qazanıb, 60 kq çəki dərəcəsində Emin Xudayev turnirin vitse-çempionu olub. Mütləq çəki dərəcəsində isə Mixeil Tsartsidze üçüncü yeri tutub. İdmançıların fərdi məşqçisi Kaxa Çkaduadır.
Çempionatda Gürcüstan, Ermənistan, Latviya, Estoniya, Slovakiya və Özbəkistandan idmançılar iştirak ediblər.

Print Email
FaceBook Twitter Google