Gürcüstanda yaşayan Türkiyə vətəndaşları müxalifəti dəstəkləyiblər
Gürcüstanda yaşayan Türkiyə vətəndaşlarının səsverməsinin nəticələri açıqlanıb.

“Marneuli” radiosu xəbər verir ki, ölkəmizdə yaşayan türkiyəli seçicilər “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu dəstəkləyib.

“Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan isə az səs toplayıb.

Gürcüstandakı səsvermənin nəticələri aşağıdakı kimi olub:
  • “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu - 63,58 faiz (639 səs)
  • “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 31.34 faiz (315 səs)
  • “Ata İttifaqı”nın namizədi Sinan Oğan - 3,88 faiz (39 səs)
  • Məmləkət Partiyasının sədri Məhərrəm İncə - 1,20 faiz (12) (seçkidən əvvəl namizədliyini geri götürmüşdü).
Parlament seçkilərində isə Gürcüstanda yaşayan Türkiyə vətəndaşları hansı partiyanı dəstəkləyiblər:
  • “CHP” - 52,64 faiz (432 səs)
  • “Ak Parti” - 22,23 faiz (223 səs)
  • “İyi Parti” - 9,17 faiz (92 səs)
  • “Yeşil Sol Parti” - 6,88 faiz (69 səs)
  • “MHP” - 5,48 faiz (55 səs)
  • “TİP” - 5,19 faiz (52 səs)
  • “Zafer Partisi” - 2,59 faiz (26 səs)
  • “Yeniden Refah” - 1,89 faiz (19 səs)
  • “Memleket” - 1,30 faiz (13 səs)
  • Digər partialar - 1,30 faiz (17 səs)
Qeyd edək ki, bülletenlərin 92%-i hesablandıqdan sonra Türkiyədə keçirilən prezident seçkilərində Ərdoğana verilən səslərin sayı 50%-dən aşağı düşüb və azalmaqda davam edir.

Mərkəzi Seçki Komissiyasının gecə yarısına olan rəsmi məlumatına görə, 49,42% Ərdoğana, 44,95% isə Kılıçdaroğluna səs verib. Dikər iki namizəd – Sinan Oğan 5,20 faiz, Məhərrəm İncə isə 0,43 faiz səs toplayıblar.

Bu o deməkdir ki, səsvermənin ikinci turu olacaq. Seçkilərin son nəticələri 19 mayda açıqlanacaq.

Qeyd edək ki, 15 may tarixində Türkiyədə prezident və parlament seçkilər keçirildi. Seçkilərin nəticələrini linkə daxil olub, baxa bilərsiniz https://secim.aa.com.tr.

Print Email
FaceBook Twitter Google