Üçillik fasilədən sonra bu il ilk dəfə Marneulidə “Yay bağçasının”
fəaliyyəti mümkün olacaq.
“Yay bağçası” iki il pandemiyaya, bir il isə təmirə görə fəaliyyət
göstərmirdi. Marneuli uşaq bağçalarında tətil 31 iyun tarixində
başlayacaq. Uşaq Bağçaları Birliyinin sədri Zaur Kərəmovun
sözlərinə görə, “Yay bağçası”-nın fəaliyyəti tələbatdan asılı
olacaq. Əgər istəyi olanlar varsa bağça əlavə bir ay, iyul ayında
da fəaliyyət göstərəcək.
“Əgər tələbat olsa “Yay məktəbi” fəaliyyət göstərəcək.
Hər il 1 saylı bağçada olurdu. Təmirdən sonra artıq fəaliyyəti
bərpa ediblər və uşaqları qəbul edə biləcəyik. Əgər tələbat olarsa,
təhsil prosesi daha bir ay davam edəcək və bir qrup
açacağıq”, – Kərəmov bildirir.
Marneulidə “Yay bağçalarının” fəaliyyət təcrübəsi illərdir var. Yay
bağçasının fəaliyyətini bələdiyyədə 1 saylı uşaq bağçası həyata
keçirir. “Yay bağçası” işləyən valideynlərin uşaqları üçün nəzərdə
tutulub.