Tbilisidə “Nəhayət, bitdi” tamaşası nümayiş etdiriləcək
Tbilisidə Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının hazırladığı “Nəhayət, bitdi” tamaşası nümayiş etdiriləcək. Premyera 21 may tarixində saat 19:00-da Marcanişvili Teatrının kiçik səhnəsində baş tutacaq. Bu barədə teatrın rəhbəri Turqay Vəlizadə “Marneuli” radiosuna məlumat verdi.

Onun sözlərinə görə, tamaşada Turqay Vəlizadə, Telman İsfahanlı, Nərmin Həsənova, Mədinə Həsənova və Fuad İsfahanlı iştirak edirlər.

“Nəhayət, bitdi” tamaşası bir insanın həyat dramından bəhs edir. Odlu silahla intihar etməyə qərar vermiş baş qəhrəman həyatının sevincli, kədərli və faciəvi məqamlarını ironiya ilə yadına salır. O, sonda sevgisini itirməsi səbəbindən yaşamağında heç bir məna görmədiyini bildirir.

Tamaşanın quruluşçu rejissoru Turqay Vəlizadədir. Tamaşanın rəssamı isə Aleksandr Slovinskidir.

Biletin qiyməti 10 laridir və biletləri biletebi.ge saytından əldə edə bilərsiniz: biletebi.ge

Tamaşanın keçiriləcəyi ünvan: Marcanişvili teatrı, Marcanişvili 8, Tbilisi, Gürcüstan.

Print Email
FaceBook Twitter Google