Günəş, su və külək – bu bərpa olunan enerjinin əldə edilməsi mümkün
olan üç elementdir.
Baxmayaraq ki, Gürcüstanda nə günəş, nə su, nə də külək
çatışmazlığı yoxdur, yenə də enerji bazarında bərpa olunan enerji
aşağı səviyyədədir. Bu gün, 16 may tarixində, Marneuli
bələdiyyəsinin Sabirkənd 1 saylı ictimai məktəbində məhz bərpa
olunan enerji ilə əlaqədar məlumatlandırma görüşü keçirilib.
USAID-in Gürcüstanda enerji gələcəyinə təminat proqramıvə
Gürcüstanın Bərpa Olunan Enerji İnkişaf Assosiasiyasının birgə
məlumatlandırma kampaniyası çərçivəsində planlaşdırılmış məruzələr
bərpa olunan enerjinin, ekologiyanın qorunması haqqında gələcək
nəsillərə məlumat çatdırmaq məqsədi daşıyır.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin energetika sektorunun
müşaviri Nikoloz Oğreşidze “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirdi ki, bu gün ictimaiyyətdə bərpa enerjisi ilə bağlı müxtəlif
növ yanlış məlumatlar yayılıb. Gənclərlə görüşlərin məqsədlərindən
biri isə məhz həmin yanlış məlumatın qarşısını almaqdır.
“Gənc nəsilin düzgün məlumatlandırılmasına və bərpa
olunan enerji haqqında təhsil səviyyəsinin artırılmasına böyük
əhəmiyyət veririk. Mən gəncləri salamlayanda bu haqda artıq
danışdım. Uşaqların indidən başa düşməsi və bərpa olunan enerjinin
nə olduğu, Gürcüstan iqtisadiyyatında hansı rol oynadığı, onların
hər birinin həyatını necə yaxşılaşdırması barədə məlumat almaqları
çox mühümdür. Bu uşaqların 10%, 20%, 40%-nin bərpa olunan enerji
ilə maraqlanması və gələcəkdə öz karyeralarını Gürcüstanda bərpa
olunan enerjinin inkişafı ilə əlaqələndirməsi mümkündür. Bu
Gürcüstan üçün böyük perspektivdir”.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin energetika sektoru
müşavirinin sözlərinə görə, Gürcüstanın energetika sektorunun
inkişafı baxımından bərpa olunan enerjidən başqa alternativi
yoxdur. Çünki ölkədə qaz və neft yoxdur. Gürcüstan su, külək və
günəş resursu ilə zəngindir, bu gün bu Gürcüstanın yaxşı mənimsəyə
biləcəyi yeganə bərpa olunan texnologiyadır.
“Bugünkü vəziyyətdə günəş enerjisindən istifadə etmək
baxımından Gürcüstanda olan potensial mənimsənilməyib. Gürcüstan
miqyasında kiçik günəş panelləri yerləşdirilib, ümumilikdə bu 20
meqavata qədər artırıla bilər. Bu isə əlbəttə, kifayət deyil. Ancaq
böyük layihələr var. Həmin layihələr müxtəlif inkişaf
mərhələsindədirlər və bu istiqamətdə çoxsaylı investisiyalar
planlaşdırılır. Həmin investisiyalara inkişaf üçün vaxt lazımdır,
ancaq onu da deyərdim ki, bu investisiyaların Gürcüstanda
inkişafına çox vaxt lazım deyil. Külək enerjisi ilə bağlı Qoridə
təxminən 21 meqavatlıq külək stansiyası var. Ondan sonra,
Gürcüstanda təəssüf ki, külək stansiyaları inkişaf etdirilməyib.
Ancaq günəş enerjisi, eləcə də külək enerjisi ilə bağlı da çoxsaylı
layihələr var, onların həyata keçirilməsi də planlaşdırılır.
Hidroenergetikanın Gürcüstanda hansı səviyyədə olduğunu artıq
bilirik, ancaq daha artığının edilməsi də
planlaşdırılır”, – Nikoloz Oğreşidze bildirir.
Nikoloz Oğreşidzenin sözlərinə görə, Gürcüstanın İqtisadiyyat
Nazirliyi tərəfindən elan edilmiş bərpa enerjisi hərracı bir neçə
həftə əvvəl başa çatıb və qaliblər elan olunub. O, bildirir ki,
rəqabətli hərraclar bərpa olunan enerji sahəsində investisiyaya
həvəsləndirmə üçün böyük inkişafdır.
Bu gün, USAID-in Gürcüstanda gələcəyin energetikasını təmin etmək
proqramı və Gürcüstanın Bərpa Olunan Enerjinin İnkişafı
Assosiasiyası Tbilisinin 10 məktəbindən olan 600-dən çox tələbəyə
Gürcüstanda enerji təhlükəsizliyinin üstünlükləri, iqtisadi artım
və gürcü xalqının rifahı haqqında mühazirələr oxuyublar.