Marneuli 2 saylı ictimai məktəbində şagirdlərin təşəbbüsü ilə park açılıb
Marneuli 2 saylı ictimai məktəbinin VI-a sinfinin şagirdləri öz təşəbbüsləri ilə məktəb ərazisində park salıblar. VI-a sinfinin rəhbəri Asmat Dzmanaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, şagirdlərin park salmaq istədiyi ərazi sinfin yanında yerləşir.

“Bizim sinfin yanında, pəncərədən bu bağ çox yaxşı görünür. İlkin mərhələdə bağ tamamilə başqa cür idi və uşaqlar ideya təklif etdilər ki, bu məkanı canlandıraq. Danışdıq və digər həmkarlarımla birlikdə, direktorun dəstəyi ilə bu ideyanı həyata keçirməyə qərar verdik. Həqiqətən də alındı. Bu gün çox gözəl və yaxşı məkanımız var. Bu tamamilə uşaqların ideyası idi və biz sadəcə kömək etdik”, – Asmat Dzmanaşvili bildirdi.

2 saylı ictimai məktəbin şagirdlərinə park salmaqda rəsm müəllimi Nino Xutsişvili kömək edib. Müəllim bizimlə söhbəti zamanı bildirdi ki, park salmaqla uşaqlarda incəsənət bacarıqları inkişaf edir. Çünki onlar özləri divarları rəngləyiblər, əl işləri düzəldiblər.

“Şagirdlərin həyata keçirdiyi işlər onların inkişafı üçün çox mühümdür. Çünki incəsənət şagirdlərdə tənqidi və yaradıcı düşüncəni inkişaf etdirir. Niyə isə çox məktəblərə valideyn və pedaqoqlar hesab edirdilər ki, incəsənət ikinci dərəcəli fəndir, amma həqiqətən belə deyil. İncəsənət uşaqların həyat bacarıqlarını inkişaf etdirir. İbtidai siniflərdən uşaqların ümumi motorika bacarıqları, daha sonra düşüncəsi və s. inkişaf edir”, – Nino Xutsişvili bildirib.

VI-a sinif şagirdləri tərəfindən yaradılmış park bu gün, 23 may tarixində açılıb. Parkın açılışında şagirdlərdin biri, Nihad Şabanovun rəsmlərindən ibarət fərdi sərgisi keçirilib. Pedaqoqlar bildirirlər ki, parkın inkişaf etdirilməsi canlı proses olacaq və şagirdlərlə birlikdə uşaqların tənəffüslə dərs arasında vaxt keçirməsi üçün məkanı daha da canlandıracaqlar.

Print Email
FaceBook Twitter Google