İREX-in prezidenti “Marneuli” radiosunda qonaq olub
Bu gün, 23 may tarixində “Marneuli” radiosunun xüsusi qonağı var idi. İREX Beynəlxalq Fondunun prezidenti, Doktor Kristin Lord USAİD-in media proqram rəhbərləri ilə birlikdə regional səfər çərçivəsində Marneuli İcma Radiosunda qonaq olub. Qonaqlar radionun fəaliyyəti, komanda üzvləri, gələcək planları ilə tanış olublar, mediada olan problemlər barədə söhbət açıblar.

“Gürcüstan vətəndaşlarının yaxşı, keyfiyyətli, müstəqil məlumat əlçatanlığının olması çox mühümdür. Bu şəkildə onlar hakimiyyətin xalqa necə xidmət göstərməsi, vətəndaş olaraq öz töhfələrini necə verməli və problemlərin həll olunması üçün birlikdə necə işləməli olduqlarını öyrənmiş olacaqlar. Bizim Gürcüstan komandamız bizim buraya gəlməyimizi mühüm hesab etdi. Çünki gürcü xalqı monolitik deyil, Gürcüstanda böyük rəngarənglikdir. Hamı özünün vətəndaş olmasını, səs hüququnun olduğunu və onların adı ilə hakimiyyətdə nə baş verdiyini hiss etməlidir”, – Kristin Lord bildirib.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər