Marneuli 1 və 4 saylı bağçaların uşaqları bağçalarda su olmadığından evə qaytarılıblar
Bu gün, 24 may tarixində Marneuli 1 və 4 saylı bağçalarında uşaqları bağçadan evə qaytarıblar.

Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov verdi.

Onun sözlərinə görə, uşaqların bağçalardan evə göndərilməsinə səbəb sözügedən bağçalarda suyun olmamasıdır. Kərəmov su idarəsi ilə danışdığını, nasos stansiyasında problemlərin olduğunu və gün ərzində bu problemin həll olunacağını bildirdi.

“Bəli, mənə məlumat verdilər ki, gecə su olmadığına görə uşaqları bağçadan geri qaytarmalı olduq. Buna səbəb sanitar normaları qoruya bilməməyimizdir. Söhbət 1 və 4 saylı bağçalardan gedir. Mən su idarəsi ilə əlaqə saxladım, nasos stansiyasında problem olduğunu və həll etdiklərini dedilər. Günortadan etibarən artıq su olacaq. Uşaqlar sabahdan etibarən normal qaydada bağçaya gələ biləcəklər”.

Qeyd edək ki, hər iki bağça sabahdan etibarən fəaliyyətini normal qaydada davam etdirəcək.

"Marneuli" Radiosu

Print