“VMH”-ın Rayon Təşkilatının sədri Azad Kərimov olub
“Vahid Milli Hərəkatın” Marneuli Rayon Təşkilatının sədri Azad Kərimov olub. 21 may tarixində Gürcüstanın 6 bələdiyyəsində “VMH”-ın Rayon Təşkilatına sədr seçkiləri keçirilib.

Azad Kərimov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Gürcüstan miqyasında Marneuli bələdiyyəsi seçkilərdə seçicilərin iştirakına görə, ikinci yeri tutub.

“Bütün Gürcüstan miqyasında 10 000-ə yaxın seçici qeydiyyatdan keçib. Marneuli seçicilərin fəallığına görə, bütün Gürcüstan miqyasında ikinci yerə çıxıb. Burada ümumilikdə 1 051 seçici qeydiyyatdan keçib və buradan 660 seçici məni dəstəkləyib”,
– Azad Kərimov bildirdi.

“VMH”-ın Marneuli Rayon Təşkilatının yeni sədri seçicilərinə minnətdarlığını bildirib və qeyd edib ki, kəndlərdə əhali ilə fəal görüşlərə başlayacaq.

“Hələ gələcək planlardan danışmağa tezdir. Mən kənd-kənd gəzirəm və əhali ilə birlikdə olacağam”,
– Azad Kərimov bildirib.

Kərimovun sözlərinə görə, “VMH”-ın Marneuli Rayon Təşkilatında da dəyişikliklər planlaşdırılır. O, qeyd edir ki, qadın təşkilatları açılacaq, çünki indiki mərhələdə partiyaya qoşulan qadınların sayı azdır.

Marneuli Rayon Təşkilatına sədr seçkilərində iki namizəd, Azad Kərimov və Eldar Mustafayev iştirak edirdilər.

Print Email
FaceBook Twitter Google