Marneuli bağçalarına qeydiyyat başlayır
İyun ayının 1-dən etibarən bağçalara qeydiyyat başlayır. Bu barədə “Marneuli” radiosuna müsahibəsi zamanı Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov məlumat verdi.

Kərəmovun sözlərinə görə, uşaqlarını bağçaya qeydiyyatdan keçirmək istəyən valideynlər ətraflı məlumat əldə etmək üçün bağçaya və ya bağça müdriyyətinə müraciət edə bilərlər.

“İyunun 1-də, saat 9-da qeydiyyat prosesi başlayır. Valideynlər ətraflı məlumat üçün bağça müdriyyətinə və ya bağçanın özünə müraciət edə bilərlər”.

Zaur Kərəmov valideynlərdən tələb olunan sənədlərlə bağlı da məlumat verdi.

“Qeydiyyat üçün uşağın doğum şəhadətnaməsinin notarial qaydada təsdiqlənmiş surəti, sağlamlıq arayışı, 4 ədəd fotoşəkil və valideyinin şəxsiyyət vəsiqəsinin surəti lazımdır. Sosial statuslu ailə olduğu haqda arayış və ya məcburi köçkün olduğu halda sənədin təqdim olunması, eyni zamanda məhdud imkanlı şəxslərin statusunu təsdiq edən sənəd lazımdır”.

Qeydiyyat saat 9:00-dan 17:00-a kimi davam edəcək.


Print Email
FaceBook Twitter Google