Marneuli bağçalarında tətil 30 iyun tarixində başlayacaq
Marneuli bələdiyyəsinin uşaq bağçalarında tədris prosesi 30 iyun tarixində başa çatacaq.

Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov verdi.

Kərəmovun sözlərinə görə bağçalarda tətil 30 iyunda başlayıb 15 sentyabrda başa çatacaq.

Xatırladaq ki, Marneuli bələdiyyəsində ümumilikdə 14 uşaq bağçası var.


Print Email
FaceBook Twitter Google