Ola bilsin, yaxın zamanda itirdiyimiz torpaqların qaytarılmasını bayram edək – Qiorqadze vətəndaşları Müstəqillik Günü münasibəti ilə təbrik edib
Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bildirib ki, Gürcüstanın itirdiyi torpaqları tezliklə qaytarmaq perspektivləri yaranır.

Bələdiyyə Məclisinin 24 may tarixində baş tutan iclası başa çatan zaman Qiorqadze vətəndaşları Gürcüstanın Müstəqillik Günü münasibəti ilə təbrik edib. O, məhz həmin vaxt bildirib ki, ola bilsin, yaxın zamanda itirdiyimiz torpaqların qaytarılmasını bayram edək.

"Bir neçə günə ölkəmiz Müstəqillik Gününü qeyd edəcək. Mən meriya, Bələdiyyə Məclisi adından əvvəlcədən hamını Müstəqillik Günü münasibəti ilə təbrik etmək istəyirəm. İstəyərdim ki, qısa müddətdə birlikdə bütün ərazilərimizin birləşməsini bayram edək. Bununla bağlı müəyyən məsələlər qeyd olunur ki, tezliklə bütün itirdiyimiz torpaqların qaytarılmasını bayram etmək perspektivləri yaranır. Bu Abxaziya, Samaçablo əraziləridir və mən istərdim ki, Patriarxın da buyurduğu kimi, Allah eşitsin, bütöv Gürcüstanı görmədən bu dünyadan köçməyim. Allahdan və bu məsələnin tezliklə həll olunmasını istəyən hər kəsdən bunu istəyirəm",
– Amiran Qiorqadze bildirib.

Gürcüstan ərazisinin 20%-dən çoxu Rusiya tərəfindən işğal edilib. 1992-1993-cü illərdə Rusiya-Gürcüstan müharibəsi Abxaziyada gedirdi və bu zaman Rusiya Gürcüstanın bir hissəsini, Abxaziyanı işğal edib. Yaxın tarixdə Rusiya ikinci dəfə, 2008-ci ildə Gürcüstana hücum edib. Bu zaman Samaçablonu işğal edib.

İşğalçı ölkənin, Rusiyanın prezidenti Vladimir Putin Gürcüstanla birbaşa uçuşları bərpa edib. Moskvadan Tbilisiyə ilk təyyarə 19 may tarixində gəlib və müxalifət, vətəndaş sektoru bunu etirazla qarşılayıb.


Print Email
FaceBook Twitter Google