Sizə sağlamlıq, sevgi və sülh arzulayıram – Marneuli meri vətəndaşları Müstəqillik Günü münasibətilə təbrik edib
Bu gün, 26 may tarixində Gürcüstanda Müstəqillik Günü qeyd olunur. Marneulidə də başqa bələdiyyələr kimi Müstəqillik Günü ilə bağlı tədbir keçirilir. Tədbir "Yenə də böyüyəcəklər" abidəsinin ərazisindəki parkda saat 14:00-da başlayıb.

Yerli özünüidarə nümayəndələri və deputatlar Marneulilərə müraciət ediblər. Marneuli meri Kənan Ömərovun sözlərinə görə, bu gün Gürcüstanın hər bir vətəndaşı üçün mühüm tarixdir.

"Əziz Marneulilər, sizi salamlayıram. Qonaqlarımızı, gəncləri, ağsaqqalları salamlayıram. Sevinirəm ki, bu gün ənənəvi və belə genişmiqyaslı şəkildə 26 mayı qeyd edirik. Gürcüstanın hər bir vətəndaşı üçün bu gün mühümdür. Məhz bunun üçün bizim hökumət administrasiyasına, Barışıq naziri aparatına minnətdarlığımı bildirirəm. Hamını bu gün münasibəti ilə təbrik edirəm. Sizə sağlamlıq, sevgi və sülh arzu edirəm", – Kənan Ömərov dedi.


Marneulidə 26 may konserti yerli sənətçilərin ifaları ilə qeyd olunub: "İberia" ansamblı, "Enquri" ansamblı, Şaban Məmmədov, "Era" ansamblı, "Sarvan" ansamblı, vokal studiyası, Mariam Çoxonelidze, "Hucabi" müğənnilər qrupu, saz dərnəyi, Kristi Cavaxidze;

Eləcə də Marneulililər qarşısında Temur Kvitelaşvili, Eka Kaxiani, Nini Baduraşvili, Kristine İmetadze, Tako Qaçeçiladze səhnəyə çıxacaqlar.


Qeyd edək ki, 1918-ci ilin 26 may tarixində Gürcüstan Milli Şurası dövlət müstəqillik aktını qəbul edib. Noe Jordaniyanın rəhbərliyi ilə ilk demokratik respublika Sovet İttifaqı tərəfindən işğal olunana qədər – iki il ərzində mövcud idi. Həmin dövrdə Gürcüstan müstəqilliyi aparıcı Avropa ölkələri tərəfindən tanınıb. Müstəqillik 70 ildən sonra – 1991-ci ildə 9 aprel tarixində bərpa olunub.

Print Email
FaceBook Twitter Google