Marneulidə 26 may, Müstəqillik Günü qeyd olunub.

Tədbir mərkəzi parkda baş tutub, musiqili və teatr nümayişlər,
idman tədbirləri keçirilir. Sərgi məkanları, tematik məkanlar
qurulub.

Vətəndaşların müdafiə qüvvələrinin hərbi texnikasını, silah və
təchizat sərgisini yerində nəzərdə keçirmək imkanı var.

“Marneuli Gürcüstanın rəngarəngliyini dəqiq əks etdirir
və bu rəngarənglik də azadlıq deməkdir, bu rəngarənglik bizim
müstəqilliyimizi gücləndirir. Hamını bir daha təbrik edirəm, onlara
azadlıq, müstəqillik arzu edirəm”, – Parlamentin
deputatı Zaur Darğallı “Marneuli” radiosu ilə söhbəti zamanı
bildirib.
Marneuli meri Kənan Ömərov da Marneuli sakinlərini Müstəqillik Günü
münasibəti ilə təbrik edib.
“Sevinirəm ki, bu gün ənənəvi və belə genişmiqyaslı
şəkildə 26 mayı qeyd edirik. Gürcüstanın hər bir vətəndaşı üçün bu
gün mühümdür. Məhz bunun üçün bizim hökumət administrasiyasına,
Barışıq naziri Aparatına minnətdarlığımı bildirirəm. Hamını bu gün
münasibəti ilə təbrik edirəm. Sizə sağlamlıq, sevgi və sülh arzu
edirəm", – Kənan Ömərov bildirib.

Marneulidə tədbir Gürcüstan hökumətinin təşəbbüsü və Dövlət naziri
Aparatının təşkilatçılığı ilə keçirilib. Barışıq və Vətəndaş
Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin müavini Lia Qiqauri
bildirir ki, Gürcüstanın müstəqilliyinin möhkəmləndirilməsi və
azadlığa doğru ciddi addımlar atmaqda hamımız böyük məsuliyyət
daşıyırıq.
“Marneulidən etnik, çoxmədəniyyətli ictimaiyyətlə
birlikdə bütün Gürcüstanı bu gün münasibəti ilə təbrik edirəm.
Marneulidə müstəqilliyin 105 illiyini qeyd edirik və hamımız
birlikdə böyük sevincimizi bölüşürük. Bizim ölkə daim bununla
seçilib. Amma bugünkü gün bir daha bunu bizə xatırladır. Bu gün
bizim, Gürcüstanın bütün vətəndaşlarının günüdür, Gürcüstanın
müstəqilliyinin möhkəmləndirilməsi və azadlığa doğru ciddi addımlar
atmaqda hamımız böyük məsuliyyət daşıyırıq”, – Lia
Qiqauri bildirib.

Marneuli sakinləri qarşısında musiqili nömrələrlə Temur
Kvitelaşvili, Eka Kaxiani, Nini Baduraşvili, Kristine İmedatze,
Tako Qaçeçiladze çıxış edib.
Tədbiri “Prani” qrupunun konserti bağlayacaq.
Qeyd edək ki, 1918-ci ilin 26 may tarixində Gürcüstan Milli Şurası
dövlət müstəqillik aktını qəbul edib. Noe Jordaniyanın rəhbərliyi
ilə ilk demokratik respublika Sovet Rusiyası tərəfindən işğala
qədər, iki il ərzində mövcud olub. Həmin dövrdə Gürcüstan
müstəqilliyi aparıcı Avropa ölkələri tərəfindən tanınırdı.
Müstəqillik 70 ildən sonra, 1991-ci ildə 9 aprel tarixində bərpa
olunub.
Tədbirdən birbaşa yayım: