Hallavar ictimai məktəbinin şagirdləri Gürcüstan və Azərbaycanın müstəqilliyi günü ilə əlaqədar olaraq Tbilisiyə ekskursiya ediblər (FOTO)
28 may tarixində Hallavar ictimai məktəbinin şagirdləri Gürcüstan və Azərbaycanın müstəqilliyi günü ilə əlaqədar olaraq Tbilisiyə ekskursiya ediblər. Onlar Tbilisidə Heydər Əliyev adına parkda, Axundov və N.Nərimanovun ev muzeylərində olublar.

Ramilə Babakişieva “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ekskursiya onun təşkilatçılığı ilə baş tutub. O, düşünür ki, bu cür ekskursiyalar uşaqlar üçün çox yaxşıdır və faydalıdır.

“Biz Heydər Əliyev parkına getdik. Azərbaycanın Gürcüstandakı Səfiri Faiq Quliyev və əməkdaşları da ora gəldilər. Daha Sonra Axundovun və N.Nərimanovun ev muzeyinə getdik. Bu cür ekskursiyalar şagirdlərimiz üçün çox faydalıdır. Belə ki, məktəb uşaqları kəndlərindən kənara çıxaraq başqa yerləri də görmüş olurlar. Mənə dəstək olan məktəbimizin direktoru Mülkədar İsmayılova və səfirliyə öz təşəkkürümü bildirirəm”.

İbtidai sinif müəlliminin sözlərinə görə, ekskursiya Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə baş tutub.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google