Tamarisidə svan etnoqrafik muzeyi və parkın tikintisi üçün ikinci dəfə tender elan olunub

Marneuli bələdiyyəsinin Tamarisi kəndində etnoqrafik muzeyin və parkın tikintisi üçün ikinci dəfə tender elan olunub.

Marneuli yerli özünüidarəsi Tamarisidə parkın tikinti işləri ilə bağlı tenderi birinci dəfə 28 aprel tarixində elan etmişdi. Tenderdə yalnız bir şirkət iştirak etmişdi.

Meriya natamam sənədlərə görə, şirkəti tenderdən kənarlaşdırıb. Yeni tender 1 iyunda elan olunub. İşlərin təxmini dəyəri 681 197 laridir.

Parkın tikintisi layihəsində qeyd olunub ki, layihə svan etnoqrafik muzeyinin tikintisini də nəzərdə tutur.

“Layihə Tamarisi qəsəbəsində svan etnoqrafik muzeyinin konstruktiv hissəsini nəzərdə tutur. Layihə təqdim olunan arxitektura hissəsi və geologiya əsasında baş tutub”, – izahatnamədə qeyd olunub.

Yeni tenderdə iştirak etmək istəyən şirkətlər 9-12 iyun tarixində təkliflərini göndərə bilərlər. Qalib şirkət müqavilə bağlandıqdan 270 gün ərzində işləri təhvil verməli olacaq.

 



 

Print Email
FaceBook Twitter Google