“Öyrən ki, öyrədəsən” – Xocornidə müəllimlər konfransı keçirilib
2 iyun tarixində, Marneuli bələdiyyəsinin Xocorni ictimai məktəbində gürcü dili müəllimi Lali Marqianinin təşkilatçılığı ilə konfrans keçirilib. Tədbir “öyrən ki, öyrədəsən” adlanır.


Tədbirin əsas məqsədi məhz öz biliyini başqaları ilə paylaşmaqdır. Lali Marqiani Marneulinin sərhədyanı kəndinə 6 il əvvəl gəlib və erməni, azərbaycanlı şagirdlərə gürcü dilini öyrənməkdə kömək edir. Onun bugünkü konfransının iştirakçıları pedaqoqlar, yerli Resurs Mərkəz və Təhsil Nazirliyi nümayəndələridirlər.

“Bu konfrans çox mühümdür. Burada Milli Müəllim Mükafatının onluq üzvləri, müxtəlif fənn müəllimləri var. Onlar Kvemo Kartlinin müəllimləri ilə öz təcrübələrini bölüşürlər. Mənim konfransımda Xaraqauli, Tsaqeri, Bolnisi, Dmanisidən , nümayəndələr var. Ninotmsindadan da gürcü dili müəllimi gəlib. Düşünürəm müəllimlər bu konfransdan çox ey aparacaqlar. Konfransın adı öyrəş ki, öyrdəsən adlanır. Qiorqi Çauçidzenin (müəllim) bu adda səhifəsi var və düşündüm ki, məhz bu adı verim. Çünki bu gün əldə olunan təcrübədən başqalarını öyrətmək üçün istifadə edəcəyik”.

Xocornidə keçirilən konfrans iştirakçısı Maiko Kveniaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onun çox təlimlərdə iştirak etməsinə baxmayaraq bugünkü tədbirdə səsləndirilən məsələlər onun üçün çox maraqlı idi və gələcəkdə təcrübəsində də istifadə edəcək.

“Bu gün “öyrəş ki, öyrədəsən” adlı maarifləndirici konfransda iştirak etdim. Baxmayaraq ki, çox təlimlər keçmişəm, bugünkü tədbirdə çox mühüm şeylər öyrəndim və mütləq təcrübəmdə istifadə edəcəyəm. Lali müəllimə və həmkarlarıma uğurlar arzu edirəm” –
Maiko Kveniaşvili bildirib.

Konfransda Marneuli Təhsil Resurs Mərkəzinin nümayəndəsi İrma Davadze də iştirak edirdi. O, bizimlə söhbət zamanı bildirdi ki, Resurs Mərkəz bu kimi aktivliklərdə hamını dəstəkləyəcək.

“Marneuli Resurs Mərkəzi pedaqoqlar tərəfindən bu kimi aktivlikləri alqışlayır. Lali xanım olduqca entuziazmla dolu adamdır, bu məktəbin belə fəal olması onun xidmətidir. Ancaq bütün rəhbərlik ona dəstək olur. Xocorni məktəbi erməni-azərbaycan dilli məktəbdir. Mədəni təmsilçiliyi ilə bu qədər rəngarəng olan Marneuli alqışa layiqdir, bu məktəb də bütün bunları təsdiqləyir”
– İrma Davadze bildirdi.

Konfransın bir neçə məruzəçisi var idi. Onlar arasında müxtəlif illərdə Milli Müəllim Mükafatının onluq üzvləri də yer alırdı. Dərslər, təşəbbüslər layihələr, riyaziyyatın müasir tədris metodları, tədris prosesində əyləncəli resurslardan istifadə etmək kimi məsələlər müzakirə olunub.

Print Email
FaceBook Twitter Google