Marneuli merinin inzibati ərazi vahidliklərindəki nümayəndələri kimlərdir və hansı öhdəlikləri daşıyırlar?
Marneuli bələdiyyəsində 90-a yaxın kəndi özündə birləşdirən 18 inzibati ərazi vahidliyi var. İnzibati ərazi vahidliklərinin hər birində merin nümayəndəsi var və onlar mühüm öhdəlik daşıyırlar.

“Marneuli” radiosunun təcrübəsindən irəli gələrək, görünür ki, əhalinin bir qisminin kəndlərində merin nümayəndəsinin kim olduğu və hansı öhdəliyi daşıdığı haqda məlumatı yoxdur.

Marneuli meriyasının veb-səhifəsində merin nümayəndələri haqqında yayımlanmış məlumatları sizə təqdim edirik. Burada ancaq onların ad və soyadı, əlaqə nömrəsini görmək mümkündür. Yalnız iki nəfərin şəkli yerləşdirilib. Qeyd edək ki, Marneuli bələdiyyəsində merin nümayəndələri yalnız kişilərdir.
  1. Merin Xocorni inzibati ərazi vahidliyindəki nümayəndəsi – Seyfəddin İbadov (557707674)
  2. Merin Şulaveri inzibati ərazi vahidliyindəki nümayəndəsi – Mahir Məmmədov (591 05 83 24)
  3. Merin Şaumyan inzibati ərazi vahidliyindəki nümayəndəsi – Ararat Akopyan ( 591 81 30 16)
  4. Merin Ağkörpü inzibati ərazi vahidliyindəki nümayəndəsi- Qiqol Atebeqyan (599440560)
  5. Merin Opreti inzibati ərazi vahidliyindəki nümayəndəsi – Aleksandre Urumovi (599 85 72 56)
  6. Merin Qullar inzibati vahidliyində mer nümayəndəsinin səlahiyyətlərini icra edən – Asif Məmmədov (591229283)
  7. Merin Kürtlər inzibati vahidliyində mer nümayəndəsinin səlahiyyətlərini icra edən – Bəxtiyar Hüryanov (599516328)
  8. Merin Algeti inzibati vahidliyində mer nümayəndəsinin səlahiyyətlərini icra edən – Həsən Bədəlov ( 555 41 18 51)
  9. Merin Kəpənəkçi inzibati ərazi vahidliyindəki nümayəndəsi – Asif Yüzbaşov (595 33 86 39)
  10. Merin Dəmyə-Görarxı inzibati ərazi vahidliyindəki nümayəndəsi – Şükür Abbasov (595396049)
  11. Merin Qaçağan inzibati vahidliyində mer nümayəndəsinin səlahiyyətlərini icra edən – Dilənçi Bayramov (593022241)
  12. Merin Tamarisi inzibati ərazi vahidliyindəki nümayəndəsi – Mirza Jorjoliani (591 81 30 14)
  13. Merin Tsereteli inzibati ərazi vahidliyindəki nümayəndəsi – Kako Şubitidze (568114048)
  14. Merin Tserakvi inzibati ərazi vahidliyindəki nümayəndəsi – İndiko Xaptani ( 591100548)
  15. Merin Sadaxlı inzibati ərazi vahidliyindəki nümayəndəsi – Məhəmmədəli Bediyev (599077979)
  16. Merin Qasımlı inzibati ərazi vahidliyindəki nümayəndəsi – Cəmaləddin Məhərrəmov (593009282, 577197291)
  17. Merin Qızılhacılı inzibati vahidliyində mer nümayəndəsinin səlahiyyətlərini icra edən – Sədrəddin Talıbov (599583482)
  18. Merin Marneuli şəhər inzibati ərazi vahidliyindəki nümayəndəsi – Elçin Cəfərli (599859972)
Merin inzibati ərazi vahidliklərindəki nümayəndələrinin hüquq-öhdəlikləri Marneuli meriyasının sərəncamı ilə müəyyən edilir. Qanunvericilik səhifəsində yayımlanmış məlumata görə, nümayəndələrin bir neçə mühüm öhdəliyini sizinlə bölüşürük.

Merin inzibati ərazi vahidliklərindəki nümayəndəsi dövlət məmurudur. Onu Gürcüstan üzvi qanununun “Gürcüstanın Əmək Məcəlləsi” və “Dövlət Xidmət haqqında” Gürcüstan qanununa uyğun olaraq, sərəncamla müəyyən edilmiş qaydada mer təyin edir.
Merin nümayəndəsi:
  • Müvafiq inzibati ərazi vahidliyinin ərazisində yerli özünüidarə orqanları tərəfindən qəbul edilmiş qərarların yerinə yetirilməsi haqqında məlumatı yoxlayır və merə
    təqdim edir;
  • İnzibati ərazi vahidliklərinin əhalisinin Bələdiyyə Məclisi, meriya və yerli özünüidarənin vəzifəli şəxsləri ilə münasibətini təmin edir;
  • Müvafiq inzibati ərazi vahidliyində olan problemlər və onların mümkün həlli yolları haqqında təklifləri merə təqdim edir;
  • İnzibati ərazi vahidliyinin sakinləri arasında sorğu və ümumi müzakirənin keçirilməsini təşkil edir;
  • Özünüidarə vahidliyinin büdcə layihəsinin tərtib edilməsində iştirak edir, inzibati ərazi vahidliyində yerli büdcədən maliyyələşdirilən tədbirlər haqqında təkliflər hazırlayır; İnzibati ərazi vahidliyinin sakinləri üçün büdcənin layihəsinin tanıdılmasını və ümumi müzakirəsini təşkil edir; Büdcə layihəsi ilə əlaqədar sakinlərin qeyd və təkliflərinin sistemləşdirilməsini və merə çatdırılmasını həyata keçirir;
  • İnzibati ərazi vahidliyində investisiya istiqamətində və hədəf proqramlar haqqında təkliflər hazırlayır, onların həyata keçirilməsinə nəzarət edir;
  • İnzibati ərazi vahidliyində özünüidarə vahidinin əmlak uçotuna, həmin əmlakın qorunması və məqsədli şəkildə istifadə edilməsinə nəzarət edir”.
Print Email
FaceBook Twitter Google