Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 1 avqust tarixində
"Sarvanoba"-nı qeyd etmək üçün mal ətini sadələşdirilmiş qaydada
alıb.
Marneuli meri Kənan Ömərova ətin alınması tələbi ilə Marneuli şəhər
inzibati vahidliyində merin nümayəndəsi Elçin Cəfərli müraciət
edib.
"Bildiyiniz kimi, 1 avqust tarixində Tsalka ərazisində
"Sarvanoba" bayramı qeyd olunacaq. Həmin bayramda 200-ə yaxın qonaq
iştirak edəcək. Buradan irəli gələrək, mal ətinin alınmasına
ehtiyac var. Xahiş edirik müvafiq ölçülər
götürəsiniz", – Elçin Cəfərlinin müraciətində qeyd
olunur.
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi mal ətini fərdi sahibkar
Cəmil Xasməmmədovdan alıb. Meriya 1 kiloqram əti 21 lariyə
alıb.
Marneuli meriyası Cəmil Xasməmmədova 145 kiloqram ət üçün 3 045
lari ödəyib.
Qeyd edək ki, "Sarvanoba" bayramında Marneuli meri Kənan Ömərov,
Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, Parlamentin
deputatları Zaur Darğallı və Savalan Mirzəyev iştirak ediblər.
Onların paylaşdığı fotolarda yalnız kişilərin olduğu
görünür.

Foto: Zaur Darğallının Feysbuk səhifəsindən