Tsereteli məktəbində 3 nəfər direktorluğa namizəd qeydiyyatdan keçib
Bu gün, 2 avqust tarixində məktəb direktorluğun namizədlər üçün söhbət mərhələsi başlayıb. İctimai məktəbin Qəyyumlar Şurasına təqdim etmək məqsədi ilə direktor olmaq istəyənlərin söhbət mərhələsi Kvemo Kartlidə 16 avqustdan başlayacaq. Marneuli bələdiyyəsinin 56 ictimai məktəbindən heç birində namizəd qeydiyyatdan keçməyib.

74 ictimai məktəbdən yanız 17 namizəd var, buradan 15 məktəbdən yalnız birinin direktoru var. Bu barədə Vətəndaş İnteqrasiyası və Millətlərarası Əlaqələr Mərkəzinin rəhbəri Şalva Tabatadze bizə məlumat verdi. O, qeyd etdi ki, Marneulinin üç məktəbində iki ya daha çox namizəd var.

“Şulaveri 2 saylı ictimai məktəbinin 2, Marneuli 2 saylı məktəbinin 2, Tsereteli məktəbinin isə 3 namizədi var”,
– Şalva Tabatadze qeyd edib.

Həmin təşkilat direktorluğa namizədlər üçün hazırlanmış bülleten yayımlayıb. Bülletendə oxuyuruq ki, ictimai məktəblərin 81,6%-də hazırda aparılan direktorların seçim prosesi faktiki olaraq həyata keçirilməyəcək. 1595 kənd və icma məktəblərindən 753 məktəbdə direktorluğa namizdə qeydiyyatdan keçməyib. Kənd və icma ictimai məktəblərinin ümumi sayının 10%-də (1595 məktəbdən 159 məktəbdə) müsabiqə keçiriləcək və müsabiqə əsasında məktəb direktorunun real seçilməsi mümkün olacaq.

Bir müddət direktor səlahiyyətlərini icra edən şəxs işlədiyi məktəblərdə rəqabət aşağıdır. Güman ki, buna onların yenidən seçilmək imkanının olması səbəb olub. Görünür belə məktəblərdə yeni namizədlər az rəqabətə giriblər.

Print Email
FaceBook Twitter Google