“Şovidə təbii fəlakətin yazıq xalqa hücum etdiyi kimi, rus ordusu da bizə hücum etmişdi” - Marneulili qaçqınlar avqust müharibəsi haqqında
Avqust müharibəsi zamanı atılan güllələr 22 yaşlı Tamarın yadında atəşfəşanlıq kimi qalıb.

2008-ci il müharibəsi zamanı onun 7 yaşı var idi. Disevi kəndində atılan bombaların kəndi oyandırdığı zaman valideynləri Tamarı aldadaraq deyiblər ki, atəşfəşanlıq səsi eşidilir. Sonra kəndi tərk ediblər və Marneuliyə qədər qaçqınlıq yolu başlayıb.

“Ən çox 7 avqust gecəsini xatırlayıram. Səhərə yaxın
idi və atəş səsləri eşidilirdi. Qorxmayaq deyə valideynlərimiz bizi aldadırdılar ki, atəşfəşanlıqdır. Səhər açıldı, sağ qaldıq, uşaqları anaları ilə birlikdə yola saldılar və müharibə başladı. O zaman heç nə başa düşmədim, düşünürdüm ki, sadəcə harasa gedirik və oyuncaqlarımın orada qalmasına görə narahat olurdum, sonra gətirərəm deyirdim. Belə fikirlərim var idi. Yay idi və sadəcə düşünürdüm ki, müvəqqəti olaraq harasa gedirik. Kəndi tərk etdikdən sonra dörd məktəb dəyişdim, Marneuliyə gələndə burada daha çox qalmalı oldum, artıq özümüzünkü kimi qəbul etdik”-
Tamar Okropiridze bildirir.

ფოტო: თამარ ოქროპირიძე

Tamar fotoqrafdır. Onun obyektivində indi tez-tez müharibədən keçmiş kadrlar olur. Özünün gülləyə tutulmuş evinin şəklini sonuncu dəfə 2014-cü ildə uzaqdan çəkib.

Didi Liaxvidən Marneuliyə köçmüş 70 yaşlı qadın da avqust müharibəsini xatırlayır. O, kimliyinin açıqlanmasını istəmir. O, “Marneuli” radiosuna bildirdi ki, 15 il əvvəl onun həyatı tamamilə dəyişib. Bir önlüklə Marneuliyə gəldikdən sonra mövcud vəziyyətin öhdəsindən gəlmək çox çətin olub.

“Köhnə önlük bağlamışdım və onunla gəldim, hər şeyi gözümüzün qarşısında yandırdılar, nə gətirməli idim? Birdən birə başımıza gəldi, 20 il ərzində belə atışmalar çox olmuşdu. Elə fikirləşdik ki, yenə elə olacaq və keçəcək. Elə qəribə gəldi, necə ki, Şovidə təbii fəlakət oldu və yazıq xalq hücum etdi. Rusiya ordusu da bizə elə hücum etmişdi. Mənim ətrafımda çox sayda adam öldürdülər. Çoxunun cəsədinə artıq çibin daraşmışdı. Bizim evlərimizi gözümüzün qarşısında yandırılar. Bir gün yarım Qoridə dolaşdıq, əsgərlər gedib-gəlirdilər, əllərində avtomat var idi. Xoşbəxtlikdən xilas olduq. 15 il də belə ötdü. Elə yerdə yaşayırıq heç nə edə bilmədik. Bizim üçün nə bağ var, nə heç nə, çox zəhmətkeş adamlarıq, böyük bağlarımız da var idi, mal-qara, donuz saxlayırdıq, işimiz də , aylıq gəlirimiz də var idi. İndi isə oradan gəldikdən sonra sosial yardımla dolanırıq. Daha da geri gedirik”- müharibə görmüş qadın deyir.

51 yaşlı Mamuka Okropiridze avqust müharibəsini xatırlamaqda çətinlik çəkir. O, deyir ki, 15 il ərzində Disevdə tərk etdiyi evi yuxularında görür.

“Nə qaldı, pis xatirələr. Pis müharibədən sonra, ona qədər hər şey yaxşı idi. Artıq 15 il ötüb və elə gecə yoxdur ki, evimi yuxuda görməyim. İndi də danışmağa başlayanda gözlərim dolur. Heç kim fikirləşmirdi ki, geri qayıtmayacağıq. Boş gəldik, mən orada işləyirdim. Təsərrüfatım var idi, çox miqdarda meyvə əkmişdim. Çox yaxşı yaşayırdıq. Burada, Marneulidə yaşama uyğunlaşa bilmirik, çətinlik çəkirik. İmkan daxilində, yeni həyata başlamaq üçün nə lazımdırsa bacardıqlarını etdilər”- Mamuka Okropiridze bildirdi.

Bu gün, 7 avqust tarixində, Rusiya silahlı qüvvəllərinin Gürcüstana hücumundan və 2008-ci il “avqust müharibəsindən” 15 il ötür. Müharibə 5 gün davam edib, rəsmi məlumata görə, 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hücumu nəticəsində Gürcüstanın Müdafiə Nazirliyinin 169 xidmətçisi, Dİn-nin 14 əməkdaşı, 224 vətəndaş dünyasını dəyişib.



Print Email
FaceBook Twitter Google
«« Dekabr 2024 »»
Bz.er Çr.ax Çr Cm.ax Cümə Şn Bz
252627282930 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 12345